main-post-cover

    iPhone X-in hissələrə ayrılması haqqında video təqdim olunub

    Elm & Texnologiya
    03.11.2017
    Farid Pardashunas
    Bugündən etibarən iPhone X smartfonu rəsmi olaraq satışa çıxdı və onun tam olaraq hissələrə ayrılması haqqında videolar da internetdə öz əksini tapdı.
    Bu dəfə smartfonu hissələrə ayıran iFixit mütəxəssisləri deyil, çinli mütəxəssislər oldu. iPhone X-in konstruksiyası keçmiş modellərdən o qədər də fərqlənmir. Smartfonun ənənəvi olaraq hissələrə ayrılması prosesi ekranın korpusdan çıxarılması ilə başlayır. Ekanı korpusdan ayıran zaman çox ehtiyyatlı olmaq lazımdır. Belə ki, o, sağ tərəfdən sistem platasına birləşdirilib. Ekranın ayrılmasından sonra nəzərə çarpan ilk şey batareyanın qeyri-adi konstruksiyasıdır.
    Belə ki, iPhone X-də o, ənənəvi monolit əvəzinə ikilidir. Lakin onun həcmi kiçikdir. Çox güman ki, bu cür konstruktiv qərar, cihazın korpusunun daxilindəki boş yerdən daha effektiv istifadə üçün verilib. iPhone X-in daxilində daha fərqləndirici özəllik isə onun kiçik ana plataya sahib olmasıdır. Qeyd etmək lazımdır ki, yaxın zamanda internetdə sözügedən smartfonun hissələrə ayrılması haqqında daha keyfiyyətli videolar ortaya çıxmalıdır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər