main-post-cover

    iPhone X-in təmir olunma mümkünlüyü qiymətləndirilib

    Elm & Texnologiya
    05.11.2017
    Emil Nəcəfov
    iFixit mütəxəssisləri yeni satışa çıxmış iPhone X smartfonunun daxili özəlliklərini incələyiblər.
    Smartfonun korpusu xaricdən iki şüşə paneldən və paslanmaz poladdan hazırlanmış metal çərçivələrə sahibdir. Yeni model əvvəlkilər kimi hissələrə ayrılır. Yəni bir neçə vinti çıxardaraq ekranı korpusdan ayırmaq lazımdır. Daxildən iPhone X əvvəlki modellərdən çox fərqlənir. Smartfonun böyük ölçüsünə baxmayaraq onun daxilində çox kiçik ana plata yerləşdirilib. iPhone 8 Plus modelindən fərqli olaraq iPhone X-də həmin ana plata 30% kiçikdir.

    Buna, daxili detalların yeni yerləşdirilmə üsulu sayəsində nail olunub. Əsas plata üst-üstə yerləşdirilmiş iki hissədən ibarətdir. iPhone X-in əsas özəlliyi L hərfi formasında olan ikili batareyadır. Beləliklə həmin batareyalar smartfonun daxilindəki bütün boş mühiti tuturlar. iFixit mütəxəssiləri qeyd ediblər ki, ekranın zədələnməsi halında onun dəyişilməsi zamanı Face ID sensorlarının da dəyişilməsinə ehtiyac yoxdur. Face ID sensorlarının da dəyişilməsi ehtimalında təmir qiyməti daha da yüksək ola bilərdi. Belə ki, təkcə ekranın dəyişilməsi 279$-a başa gəlir. Nəticə etibarilə iFixit mütəxəssisləri iPhone X-in təmir olunma mümkünlüyünə 10 xaldan 6-nı veriblər.

    Linki kopyala