
iPhone X keçən il Apple şirkətinə nə qədər gəlir gətirdi?
Elm & Texnologiya
17.04.2018
Emil
Apple şirkəti uzun müddət ərzində smartfon bazarının ümumi gəlirinin
böyük bir hissəsini özündə saxlayırdı. Bu göstərici 90% və hətta 103% təşkil
edirdi. Yeni araşdırma nəticəsində isə məlum olub ki, iPhone X keçən ilin son
rübündə Apple şirkətinə smartfon bazarının ümumi gəlirinin 35%-ni gətirib.
Counterpoint şirkətinin son araşdırmasına əsasən keçən ilin sonunda premium sinif
smartfonlar bazarı gözlənildiyi kimi böyümədi. Həmin vaxtda Apple şirkəti mobil
cihazlar bazarının 86%-ni ələ alaraq gəlirli brend olmaqda davam etdi.
Bununla
belə sözügedən sahənin ümumi gəlirinin 21%-i və rüb üzrə bu sahənin ümumi gəlirinin
35%-i iPhone X-in üzərinə düşüb. Bu cür rəqəmləri perspektiv üzrə təsəvvür etmək
üçün qeyd etmək lazımdır ki, iPhone X Apple şirkətinə 600 ədəd Android
brendinin ümumi gəlirindən 5 dəfə daha çox gəlir gətirib. Bundan əlavə olaraq
Apple şirkətinin köhnə model iPhone modellərini bazarda saxlaması da görünür, əlavə
gəlir mənbəyinə çevrilib. Ən gəlirli smartfonlar siyahısında Apple şirkəti ilk
8 yeri tutur. Həmin yerlərdə şirkətin 3 il bundan öncə satışa çıxartmış olduğu
modellər də var. Həmin modellər də digər rəqib istehsalçılarının məhsullarından
fərqli olaraq daha çox gəlir gətirirlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
