Logo
    main-post-cover

    iPhone X Plus'ın fotosu sızdırılıb

    Yaponiyanın Macotakara saytı Apple şirkətinin yeni smartfonu olacaq iPhone X Plus modelinin fotosunu paylaşıb. Güman olunur ki, iPhone X Plus modeli 6.5 inç OLED ekranla təchiz olunacaq. Smartfonun ölçüsü isə iPhone 8 Plus modelinin ölçüsü ilə eyni olacaq. Təqdim olunmuş fotoda iPhone X Plus ilə iPhone 8 Plus və adi iPhone X-in ölçüləri müqayisə olunub. Saytın məlumatına əsasən Plus modeli adi iPhone X-dən 0.2 mm daha qalın olacaq.

    Bununla yanaşı 5.8 inç ekrana sahib olacaq yeni adi iPhone X modeli orijinal iPhone X-in korpusuna sahib olacaq. Lakin kamera ötürücüsünün ölçüsünün böyüdülməsi hesabına onun obyektivi daha böyük olacaq. Bu il üçün təqdim olunması gözlənilən daha büdcəli iPhone modeli də TrueDepth kamerası və 6 inç-lik LCD ekranla təchiz olunacaq. Bundan əlavə məlumata əsasən iOS 12-də Face ID texnologiyası vasitəsilə smartfonu təkcə şaquli vəziyyətdə deyil həmdə üfüqi vəziyyətdə blokdan çıxartmaq mümkün olacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iPhone X Plus'ın fotosu sızdırılıb | Technote