main-post-cover

    iPhone XI barəsində məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    29.01.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder bu ilki iPhone modellərinin iki prototipinin render fotolarını təqdim etmişdi. İndi isə Apple şirkətinin hansı variantı seçdiyi barəsində məlumat ortaya çıxıb. Bu barədə Compareraja adlı sayt xəbər verib. Saytın mənbələrinin verdikləri məlumata əsasən Apple şirkəti arxa paneldə üfüqi şəkildə yerləşdirilmiş üçlü kamera və şüşə gövdəyə sahib iPhone XI (iPhone XS-in davamçısı) versiyasını seçib.

        Smartfonnun dizaynından əlavə olaraq mənbə həmçinin iPhone XI-in bəzi texniki göstəriciləri barəsində də məlumat verib. Verilmiş məlumata əsasən iPhone XI modeli iPhone XS kimi 5.8 düym OLED ekrana sahib olacaq. Bununla yanaşı yeni smartfonun ekranının üzərində olacaq çıxıntı hissə daha kiçik ölçüdə, ekran ətrafı çərçivələr isə maksimal dərəcədə nazik olacaqlar. Bununla yanaşı iPhone XI modeli IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə, Lightning girişi yerinə USB Type-C girişinə və 4000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon 4 rəngdə satışa çıxacaq: Silver, Gold, Space GreyBlue. Smartfonda 5G dəstəyini gözləmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər