main-post-cover

    iPhone XR 2019 modeli daha böyük həcmli batareyaya sahib olacaq

    Elm & Texnologiya
    13.06.2019
    Emil Nəcəfov
        Koreyanın The Elec saytının verdiyi məlumata əsasən iPhone XR 2019 modeli keçən ilki iPhone XR modelindən fərqli olaraq daha böyük həcmli batareya ilə təchiz olunacaq. Məlumatda qeyd olunub ki, Çinin ATL şirkəti (Ameperx Technology Limited) artıq bu batareyaların irimiqyaslı istehsalına start verib. Bu barədə Macdigger saytı xəbər verib. Saytın vediyi məlumata əsasən iPhone XR 2019 modeli 3110 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Hal hazırda aktual olan keçən ilki iPhone XR modeli 2942 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bu isə saytın təqdim etdiyi iPhone XR 2019-un batareya göstəricisindən 5.7% aşağıdır. Bəzi məlumatlara əsasən Apple şirkəti ikitərəfli naqilsiz şarj texnologiyası səbəbilə yeni iPhone modellərinin batareya həcmlərini yüksəldir. Hal hazırda ən böyük batareya həcminə sahib iPhone modeli iPhone XS Max-dır (3174 mAh). Gözləntilərə əsasən Apple şirkəti bu ilin sentyabr ayında 3 yeni iPhone modeli təqdim edəcək.
    Linki kopyala