
iPhone`u professional fotoaparata çevirən qoruyucu örtük
Elm & Texnologiya
07.05.2017
Farid
Hong Kong`dakı bir aksesuar istehsalçısı olan Meike, Apple iPhone 6 və iPhone 6S üçün yaratdığı yeni cover case`i təqdim etdi.
Aşağıdakı şəkildən görə biləcəyiniz kimi, telefonları professional kameraya çevirən case, özü ilə bərabər "geniş bucaq, 180 dərəcə fish eye və 2.5x makro" olmaqla 3 fərqli lens ilə gəlir. Beləliklə, bütün çəkim şəraitində rahatlıqla istifadə etmək mümkündür. Bənzərlərindən fərqi isə mərkəzə yerləşdirilən hissədə xüsusi yaradılmış bir halqa işıq ilə Sony'nin 20MP APS-C QX1 lens-kamera modulunu daşıya bilir. Bluetooth dəstəyi ilə istifadəni daha da rahatlaşdıran case, xüsusilə QX1 ilə ən yüksək foto və video keyfiyyəti təqdim edir.
Meike'nin bu yeni aksesuarı 65$ qiymətlə şirkətin rəsmi saytından satılır.
Paylaş
Bənzər xəbərlər