
İranda sosial şəbəkələrə daxil olmaq mümkünsüz olur!
Elm & Texnologiya
07.05.2017
Farid
İran höküməti özəl internetin yaradılmasında növbəti addımı atıb. Beləliklə İran ümumdünya şəbəkədən tamamilə təcrid olacaq.
Bir neçə müddət bundan öncə Tehranda bu böyük layihənin ilk mərhələsi başa çatıb. Hesablamalara əsasən "Milli informasiya şəbəkəsi” indiki
internet infrastrukturundan 60 dəfə tez işləyəcək. Sürətin bu qədər yüksək
olması xüsusi internet kabelləri və məlumatların emalı üçün nəzərdə tutulmuş
yerli mərkəzlərin hesabına reallaşdırılacaq. Hal hazırda İranda yükləmə sürəti saniyədə 2
Mbit-i keçmir. Bu Livan və Özbəkistanda olan göstəricilərdən aşağıdır. İran
prezidenti Həsən Ruhani-nin sözlərinə əsasən özəl internet infrastrukturunun
yaradılması ölkənin inkişafında və müstəqilliyində mühüm rol oynayacaq. Bundan əlavə
olaraq bu cür infrastruktur ölkə daxilində olan kompüterləri xarici təhlükələrdən
qoruyacaq. Digər tərəfdən təcrid edilmiş internet, vətəndaşlar üzərində nəzarəti
dövlət orqanları üçün asanlaşdıracaq. Bağlı şəbəkə bütün saytların ölkə daxilinə
qoşulması deməkdir. Bundan əlavə olaraq İran vətəndaşları Facebook, Twitter,
Instagram kimi sosial şəbəkələrə VPN üsulu ilə daxil ola bilməyəcəklər. "Milli informasiya şəbəkəsi”nin
2017-ci ildə istifadəyə veriləcəyi planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər