main-post-cover

    İş kompüteri ilə bitcoin mining etmiş məmur cərimələndirildi

    Elm & Texnologiya
    01.08.2017
    Farid Pardashunas

    Nyu York şəhərinin təhsil departamentinin əməkdaşı Vladimir İlyaev, iş kompüterində bitcoin miningi ilə məşğul olduğu üçün cərimələnib.

    Təqdim olunmuş sənəddə Vladimir (departamentin sistem administratoru) etiraf edib ki, o, 2014-cü ilin Mart-Aprel aylarında şəhərin elektrik enerjisindən istifadə edərək bitcoin miningi ilə məşğul olub. İlyaev-in sözlərinə əsasən bitcoin miningi üçün nəzərdə tutulmuş tətbiqdən istifadə üçün ona 5-6 cəhd lazım olub. Daha sonra o, iş kompüteri vasitəsilə hər gün axşam saat 6-dan səhər saat 6-a kimi bitcoin miningi ilə məşğul olub. Bununla yanaşı o, iş kompüterindəki mining nəticələrini, uzaqdan idarə vasitəsilə evindən yoxlayırmış. 2014-cü ilin Aprel ayının ortalarında mining üçün nəzərdə tutulmuş tətbiq, departamentin İT şöbəsi tərəfindən aşkarlanıb və deaktiv edilib. İndi isə İlyaev, bitcoin miningi üçün şəhərin elektrik enerjisindən istifadə etdiyini etiraf edib və 611$ dəyərində olan 4 günlük məzuniyyətin ləğv edilməsi ilə razılaşıb. İlyaev-in, bitcoin miningi ilə məşğul olması nəticəsində onun hansı miqdarda vəsait qazanması ilə bağlı heç bir məlumat yoxdur. Maraqlısı isə ondadır ki, nəyə görə bu işlə bağlı yekun qərar, 2014-cü ildə deyil, məhz indi çıxarılıb?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər