
İslanmayan və cırılmayan pul istifadəyə verildi
Elm & Texnologiya
07.05.2017
Farid
Plastikdən istehsal olunan su keçirməyən və cırılmayan 5 Sterlin, İngiltərədə bazara çıxarıldı
Pulların tez-tez sıradan çıxması onların istifadəsini
çətinləşdirir. Kağız pulların istehsalı ucuz başa gəldiyi üçün bu pul növü daha
çox istifadə olunur. İngiltərə kağız pulların tez sıradan çıxmasının qarşısını
almaq məqsədilə tədavülə yeni pul növü çıxarıb. Bu pullar plastikdən
hazırlanıb. 5 sterlin olaraq istifadəyə verilən pullar kimi digər pul dəyərlərinin
də plastikdən hazırlanıb-hazırlanmayacağı bilinmir. Plastikdən hazırlanan
pullar cırılmayan və əzilməyən olsalar da qatlanmasının bir qədər çətin
olacağını deyə bilərik. Bu yenilik uğurlu olsa digər ölkələrdə də istifadə
olunması nəzərdə tutulur.
Paylaş
Bənzər xəbərlər