main-post-cover

    İsrail Iron Beam adlı lazer silahının prototipinin testlərini keçirdib

    Elm & Texnologiya
    19.04.2022
    Farid Pardashunas
        İsrailin Rafael şirkəti Iron Beam adlı lazer silahının prototipinin testlərini uğurla keçirdib. Testlər pilotsuz uçuş aparatlarının, artilleriya minalarının, qanadlı və tank əleyhinə olan raketlərin məhv edilmələri də daxil olmaqla ani trayektoriyalı müxtəlif ssenarilərdə təhlükənin aradan qaldırılması üzrə aparılıb. Bu perspektivli silah növü İsrailin Iron Dome (Dəmir Qübbə) adlı qısa məsafəli hava hücumundan müdafiə sisteminin bir hissəsinə çevriləcək. Lakin lazer silahının bu müdafiə sisteminə nə zaman inteqrasiya ediləcəyi barəsində məlumat verilməyib.
        Verilmiş məlumata əsasən Iron Dome müdafiə sistemi 4 km məsafədə yerləşən hədəflərin öhdəsindən gəlməkdə çətinlik çəkir. Bununla yanaşı sözügedən müdafiə sisteminin hər bir raket atışı İsrailin hərbi büdcəsinə 100.000$-a başa gəlir. Lazer silahı isə öz növbəsində çox baha başa gəlsə də, onun vasitəsilə ediləcək hər bir atəşin dəyəri cəmi 1$ təşkil edəcək. Bu isə öz növbəsində hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş dronların, minaatanların minalarının və digər kiçik ölçülü hədəflərin məhv edilməsini sərfəli edəcək.
        Rafael şirkət Iron Beam adlı silahın prototipinin sahib olduğu lazerinin gücünün hansı səviyyədə olduğu barəsində məlumat verməyib. Lakin İsrailin hərbi sahəsinin bir neçə yüz kilovatt gücündə olan sistem ilə təchiz olunacağı dəqiqdir. Bu, nə sabah nə də yaxın bir neçə ay ərzində baş verməyəcək. Bunun ya bu onilliyin sonunda, ya da ortasında baş verəcəyi güman edilir. Gözləntilərə əsasən fiber optik lazer əsaslı Iron Beam sistemi “işıq sürəti” ilə çoxlu sayda hədəfi təyin edə və onları 7 km-lik məsafədən 5 saniyə ərzində məhv edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər