
İstənilən Apple kompüterini hack edən 300 dollarlıq cihaz (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Təhlükəsizlik üzrə mütəxəssis Ulf Frisk, istənilən Apple kompüterini hack edən cihazı təqdim edib.
PCILeech adlı cihaz, Mac modellərində olan FileVault 2 şifrələmə
sistemini keçərək istifadəçinin məlumatlarını əldə edir. Apple kompüterini hack
etmək üçün PCILeech cihazı və xüsusi proqram təminatı lazım
olacaq. Sözügedən cihazı, ev şəraitində lazımi komponentlər vasitəsilə
hazırlamaq olar. Cihazın hazırlanma təlimatı və proqram təminatı haqqında məlumatlar
mütəxəssis tərəfindən GitHub saytına yerləşdirilmişdir. Frisk-in sözlərinə görə
bu üsul, FileVault 2 sisteminin iki boşluğu sayəsində mümkün olur. PCILeech
faktiki olaraq lazımi şifrələri adi mətn formatında oğurlayır. Sözügedən üsul
bütün Mac modellərində keçərlidir. Kompüter deaktiv və ya yuxu rejimində olsa
belə onu hack etmək mümkündür. İlk öncə PCILeech, kompüterə qoşulur və kompüter
restart prosesinə keçid alır. Bu vaxt isə PCILeech, şifrəni 30 saniyə ərzində
oğurlayır. Frisk qeyd edib ki, Mac modelləri, Direct Memory Access (DMA) tipli
hücumlardan qorunmayıblar.
Paylaş
Bənzər xəbərlər