main-post-cover

    İstənilən iPhone modelini hack edən GrayKey adlı gizli cihaz

    Elm & Texnologiya
    17.03.2018
    Farid Pardashunas
    MalwareBytes saytı hüquq-mühafizə orqanları tərəfindən iPhone-ların hack olunması üçün istifadə olunan gizli cihazın fotosunu paylaşıb.
        GrayKey adlı cihaz çox az tanınan Grayshift şirkəti tərəfindən hazırlanıb. Onun sayəsində qısa müddət ərzində şifrə ilə qorunan iPhone cihazını hack etmək mümkündür. GrayKey boz rəngli və 2 ədəd Lightning naqilinə sahib böyük olmayan qutuya bənzər cihazdır. iPhone modelini sözügedən cihaza qoşduqdan sonra iPhone-nun blokdan çıxarılması üçün lazımi şifrənin tapılması üzrə nəzərdə tutulmuş proqram təminatının smartfona yüklənməsinə 2 dəqiqə vaxt lazım olur.

        Proqram təminatı smartfona yükləndikdən sonra o, bütün mümkün olan şifrə kombinasiyalarını axtarmağa başlayır. 4 simvollu şifrə halında bu axtarış bir neçə saat vaxt apara bilər. 6 simvollu şifrə halında isə proses bir neçə günü əhatə edir. Lakin şifrə tapılandan sonra o, iPhone ekranında əks olunur. Lazımi şifrə tapıldıqdan sonra smartfondakı olan bütün məlumatları çıxartmaq üçün onu yenidən GrayKey-ə qoşurlar.

        Məlumata əsasən sözügedən cihaz bütün aktual iOS cihazlarını və ən son iOS sistemlərini hack etməyə qadirdir. GrayKey cihazının qiyməti 15.000$ təşkil edir. Cihazın bu modeli mütəmadi internetə qoşulmanı tələb edir. Lakin internetsiz çalışan portativ model də mövcuddur və onun qiyməti iki dəfə bahadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər