
İstənilən noutbookun ekranını necə sensorlu etmək olar? (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Sensorlu ekranlar, noutbooklar üçün mütləq xüsusiyyət hesab edilmir.
Lakin bəzi hallarda sensorlu ekran, touchpad və siçan
istifadəsindən daha rahat olur. Əgər Windows əməliyyat sistemli noutbookların
çox hissəsi sensorlu ekran xüsusiyyətini təklif edirsə, "Apple” öz kompüterlərinə
hələki bu xüsusiyyəti inteqrasiya etməkdə tələsmir. Görünür artıq bu problem həll
olunacaq. Belə ki, CES 2017 tədbirində istənilən noutbookun ekranını sensorlu
edən AirBar adlı cihazı təqdim olunub. AirBar, noutbook ekranın aşağı hissəsinə USB giriş vasitəsilə qoşulur. Cihaz, görünməyən işıq sahəsi saçaraq istifadəçinin əl
jestlərini tanıyır və onları kompüterə əmrlər şəklində ötürür. Beləliklə
kompüter ekranındakı səhifələri çevirmək, fotoları yaxınlaşdırmaq, onları
pozmaq və digər ənənəvi işləri görmək olar. Cihaz, 15.6, 14 və 13.3 inç ekranlı
noutbooklar üçün istehsal olunacaq. Daha sonra digər noutbooklar üçün xüsusi
versiyalar satışa çıxacaq. AirBar bu ilin Mart ayında 99$ qiymətinə satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər