main-post-cover

    İstifadəçi məlumatlarının qorunması üçün Google, Microsoft və Intel şirkətləri birləşdilər

    Elm & Texnologiya
    22.08.2019
    Emil Nəcəfov
        Google, Microsoft Intel şirkətləri istifadəçilər barəsində narahat olaraq əlavə 7 şirkətin də iştirakı ilə konsorsium yaradıblar (Confidential Computing Consortium). Bu konsorsiumun əsas məqsədi isə istifadəçi məlumatlarını qorumaqdır. Bu barədə Gagadget saytı xəbər verib. Google, Microsoft və Intel-dən başqa istifadəçi məlumatlarının qorunması ilə həmçinin Alibaba Cloud, ARM, Baidu, IBM, Red Hat, Swisscom Tencent şirkətləri də məşğul olacaqlar.
        Yaradılmış təşkilatın əsas məqsədləri siyahısında konfidensial hesablama sistemlərinin və açıq mənbəli kodla çalışmaq üçün ümumi standartın yaradılması və məlumatların daha yaxşı qorunmasının təmin olunması var. Konsorsiumun planında 3 layihəni bitirmək var. Intel şirkəti tərtibatçılar üçün xüsusi alətlərin (SDK) yaradılması üzərində çalışır.
        Həmin alətlər məlumatları və kodu hack etməkdən və hardware səviyyəsində modifikasiya olunmasından qoruyacaqlar. Microsoft şirkəti xüsusi platforma üzərində çalışır. Həmin platforma təhlükəsiz mühitdə tətbiqləri işə salmaq üçün kodları yazmağa imkan verəcək. Red Hat şirkəti isə serversiz tətbiqlərin yaradılması üçün nəzərdə tutulmuş platforma üzərind çalışır.
    Linki kopyala