
İstifadəçilər arasında hansı Apple kompüterlərinin məşhur olduqları məlum olub
Elm & Texnologiya
23.06.2023
Emil
Consumer Intelligence Research Partners (CIRP) adlı analitik şirkət Apple kompüterlərinin satışları barəsindəm hesabatını təqdim edib. Hesabatın nəticələri bəzilərini təəccübləndirə bilər. Belə ki, məlum olub ki, macOS-a üstünlük verənlərin çoxları üçün Apple kompüterlərinin alışı zamanı satış qiyməti əsas rol oynayan faktor deyil. Bu ayın əvvəlində baş tutmuş WWDC 2023 konfransı zamanı Apple şirkətinin hardware üzrə vitse-prezidenti bildirmişdi ki, MacBook Air istifadəçilər arasında ən çox sevilən Mac kompüteridir. Bununla yanaşı o qeyd etmişdi ki, MacBook Air dünyada ən çox satılan noutbuk modelidir.
Lakin CIRP tərəfindən aparılmış sorğu onu göstərib ki, bütün dünyada Apple şirkətinin ən çox yayılmış Mac kompüteri MacBook Air deyil, daha baha qiymətə satılan MacBook Pro-dur. MacBook Air-də bu göstərici 34%, MacBook Pro-da isə 43% təşkil edir. Bununla yanaşı Apple kompüterlərinin arasında noutbukların pay göstəricisi keçən ildən 3% yüksələrək 77%-ə çatıb. Öncədən güman etmək olardı ki, istifadəçilər arasında Apple şirkətinin desktop kompüterləri üzrə ən məşhur olanı aşağı qiymətə satılan Mac mini-dir. Lakin məlum olub ki, onun Apple istifadəçiləri arasında pay göstəricisi cəmi 3% təşkil edir. İstifadəçilərin çoxu isə Mac Pro-ya (9%) və ya iMac-a (10%) üstünlük verir.
Paylaş
Bənzər xəbərlər