main-post-cover

    İstifadəçilər bir qədər əyilmiş gövdəyə sahib iPad Pro 2018-dən şikayətlənirlər

    Elm & Texnologiya
    20.12.2018
    Farid Pardashunas
        iPad Pro 2018 modelinin satışa çıxmasından sonra istifadəçilər şikayət etməyə başladılar ki, onlar bir qədər əyilmiş gövdəyə sahib cihazlar əldə ediblər. İndi isə şirkət bildirib ki, bəzi cihazlar həqiqətən də bir qədər əyilmiş gövdəyə sahibdirlər. Bu barədə The Verge saytı xəbər verib. Lakin şirkət onu istehsal qüsuru hesab etmir. Apple şirkəti bunu istehsalat prosesinin əks effekti adlandırır və bildirir ki, bu özəllik iPad Pro 2018-in texniki performansına təsir etmir.

        The Verge həmçinin onu da qeyd edib ki, o, cüzi əyilmiş gövdəyə sahib planşetlərdən birini Apple şirkətinə təqdim edib. Şirkətin mühəndisləri isə həmin problemi tədqiq etməli idilər. Beləliklə hesabata əsasən sözügedən problem LTE dəstəkli iPad Pro 2018-də daha çox nəzərə çarpır. Bu isə cihazdakı metal hissəni 2 yerə ayıran anten zolağı səbəbilə baş verir. Məhz həmin hissədə istifadəçilər gövdə əyilməsini hiss edirlər. Apple şirkətinin yeni iPad modellərinin gövdələrinin bir qədər əyilmiş formada olmalarını istehsal qüsuru hesab etməməsi istifadəçilərin qəzəbinə səbəb ola bilər. Belə ki, yeni iPad Pro modelinin qyməti 800$-dan başlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər