İstifadəçini, ağcaqanaddan qoruyan LG K7i adlı büdcəli smartfon təqdim edildi

İstifadəçini, ağcaqanaddan qoruyan LG K7i adlı büdcəli smartfon təqdim edildi

Texnologiya
28.09.2017 PAYLAŞIM

“LG” şirkətinin yeni smartfonu, istifadəçinin qanına bələd olan ağcaqanadları qovmaqda yardımçı olacaq.

Belə ki, LG K7i smartfonunun arxa panelində Mosquito Away adlı qapaq var. Həmin qapaq, ultrasəs vasitəsilə ağcaqanadları uzaqda saxlamağa imkan verir. Qeyd etmək lazımdır ki, Mosquito Away texnologiyası, şirkətin bir sıra televizor və kondisionerlərində istifadə olunur. Lakin smartfonda bu texnologiya ilk dəfədir ki, istifadə olunur.



Belə ki. LG K7i cihazının arxa panelindəki olan səsgücləndirici, ultrasəs dalğaları yaradır. Həmin ultrasəs dalğaları, insan üçün tamamilə zərərsizdirlər. Lakin şirkətin verdiyi məlumata inansaq, ağcaqanadlar bu cür səs dalğalarına dözə bilmirlər. İsti günlərdən başqa, smartfonun arxa panelindəki qapağı, adi versiyaya dəyişmək olar.

Texniki göstəricilərinə gəldikdə isə LG K7i, 5 inç-lik IPS ekran, 1.1 GHz tezlikli 4 nüvəli prosessor, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəkli), 2500 mAh enerji tutumlu batareya, 8 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Bununla yanaşı o, barmaq izi skanına da sahibdir. Hindistanda bu model, 122$ qiymətinə satılır. Lakin çətin ki, LG K7i, digər bazararda da satışa çıxsın.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×