
İstifadəçinin ölüm tarixini təxmin edəcək saat (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Yaxın zamanda Tikker adlı çox maraqlı və qeyri-adi qol saatları satışa çıxacaq.
Belə ki, bu qol saatı öz sahibinin güman olunan ölüm vaxtını
əks etdirəcək. Saat yaradıcılarının sözlərinə əsasən cihazın iş prinsipi,
sahibinə hər zaman həyatın çox qısa olduğunu və qəzəbə, zərərli vərdişlərə, qəmginliyə
və s. kimi xüsusiyyətlərə fikir verməməyi yadına salacaq. İstifadəçinin güman
olunan ölüm vaxtı isə dəqiq anketləşdirmə vasitəsilə təyin olunacaq. Anketləşdirmədən
sonra isə saatın ekranında ölüm vaxtının əks etdirəcək illər, aylar,
günlər və saatlar göstəriləcək. Tikker-in korpusu, sudan qorunma funksiyasına
sahib olsa da onunla tamamilə suya daxil olmaq məsləhət görülmür. Cihazın
batareyasındakı enerji tutumu 2-3 ilə kimi yetərli olacaq. Qeyd etmək lazımdır
ki, saatın batareyasını dəyişən zaman vaxt göstəriciləri dayanmayacaq. Tikker-in
hazırlanıb satışa çıxması üçün vəsait, Kickstarter platforması vasitəsilə
yığılıb. Yaradıcılar lazım olan 25.000$ əvəzinə artıq 60.000$ əldə ediblər.
Saatın qiyməti isə 40$ təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər