Logo
    main-post-cover

    İT sahənin 7 ən çox tələb olunan ixtisası

    Elm & Texnologiya
    07.06.2017
    Emil
    IT News portalı, İT sahənin ən tələb olunan 7 ixtisasını təqdim edib. Onların arasında süni zəka, VR, kibertəhlükəsizlik mütəxəssisləri və bu sahənin reytinq üzrə birinci yerini tutan data scientist ixtisası var. Bununla yanaşı məlum olub ki, texnologiyalar üzərindən yaxşı pul qazanmaq üçün heç də Silikon Vadisində çalışmağa ehtiyac yoxdur. Yuta, Şimali Karolina, Miçiqan, Vaşinqton və Montana kimi ştatlarda da İT mütəxəssislər özlərinə iş tapa bilərlər.
    1. Süni zəka və dərin təlim üzrə mühəndislər:
    Dünyanın bir çox şirkətləri aktiv şəkildə avtomatlaşdırılmış sistem və süni zəka üzrə texnologiyaların inkişafı ilə məşğuldurlar. Dronlar, pilotsuz avtomobillər və s. buna misal gətirmək olar. Bu sahədə olan mütəxəssislərə tələbat isə getdikcə artır və artmaq da davam edəcək.
    2. VR/AR üzrə mütəxəssislər:
    Randstadşirkətinin məlumatlarına əsasən VR/AR sahəsində mütəxəssislərə tələbat o halda çoxalacaq ki, bu texnologiyalar daha çox sahələri tutacaqlar. Bu zaman bir çox şirkətlər VR/AR texnologiyaların istifadə olunma vacibliyini anlayacaqlar.
    3. Kibertəhlükəsizlik üzrə mütəxəssis:
    Texnologiyaların inkişafı ilə birlikdə həmçinin kibertəhlükələr də təkmilləşir. Bunun fonunda kibertəhlükəsizlik üzrə mütəxəssislərə olan tələbatın yüksəlməsi heç də təəccüblü deyil. “CareerCast” şirkətinin məlumatlarına əsasən 2017-ci ildə bu cür mütəxəssislərə tələbat çox olacaq.
    4. Bulud servislərin inteqratoru:
    CompTIAadlı İT assosiasiyanın mövqesinə əsasən informasiya texnologiyalarının təkamülünü 3 hissəyə ayırmaq olar. EHM dövrü (Elektron hesablayıcı maşın), PC və internet dövrü, bulud və mobil texnologiyalar dövrü. Günümüzdə bir çox şirkətlər öz xərclərini azaltmaq üçün bütün proseslərini bulud texnologiyaya keçirdirlər. Bu isə öz növbəsində bu cür işin öhdəsindən gələ biləcək mütəxəssislərə tələbatın artmasına gətirib çıxardır.
    5. Front və back-end developer:
    Veb interfeyslər getdikcə qəlizləşir. Nəticədə front və back-end developerlərə tələbat artır. Əsasən də PHP, Python, Node, JS HTML/CSS proqramlaşdırma dillərini bilən İT mütəxəssislər axtarılır.
    6. Data scientist:
    Süni zəka, biznesin bir hissəsi olmağa doğru gedir. Məlumatların analiz işi isə onun təməlində olan əsas faktorlardan biridir. Bir çox mütəxəssislərin fikrincə dərinləşdirilmiş maşın təlimi, texnologiyanın gələcəyidir və böyük məlumatlarla iş üzrə alimlər mütəmadi şəkildə məşhur ixtisas reytinqlərində birinci yeri tuturlar.
    7. Iot mütəxəssisi:
    Böyük həcmli məlumatları yığmaq üçün ötürücülərdən, sensorlardan və digər üsullardan istifadə olunur. Məlumatlar üzrə elmin müasir tapşırığı, hansı üsulla məlumatı sürətlə əldə edib onu analiz etməkdən ibarətdir. Şirkətlər öz proseslərinin təkmilləşdirilməsinə ehtiyac duyurlar. Beləliklə onlara bu cür tapşırıqların öhdəsindən gələn mütəxəssislər lazımdır.
    Paylaş
    Bənzər xəbərlər