
İT sahəsində ən uğursuz 6 cihaz
Elm & Texnologiya
07.05.2017
Farid
Hər bir şirkətin uğurlu və uğursuz
məhsulları olur. Bu məqaləmizdə son 25 il ərzində satışa çıxmış ən uğursuz
cihazlarla sizləri tanış edəcəyik. Bu cihazlardan bəziləri insanların təəccübünə
səbəb olsa da bəzi səbəblərdən onlar uğur qazana bilməmişdilər.
Nintendo Virtual Boy
Nintendo Virtual BoySiz elə düşünürsünüz ki, virtual
reallıq haqqında yalnız bir neçə il bundan öncə fikirləşməyə başlamışlar? Lakin
keçmişə nəzər salsaq görərik ki, "Nintendo” şirkəti hələ 1995-ci ildə VR cihazı
təqdim etmişdir. Oculus Rift və HTC Viwe kimi VR cihazlar günümüzdədə insanları
heyrətləndirir. İndi isə təsəvvür edin ki, bu cür ideya 20 il bundan öncə necə
səslənirdi. Düzü Nintendo Virtual Boy-un satışa çıxmasından sonra bəlli oldu
ki, cihazdakı görüntü keyfiyyəti aşağı səviyyədədir və o qırmızı-qara rənglərdə
təsvir olunur. Bu cür cihazda 15 dəqiqədən çox oynamaq dözülməz idi. Həmdə gözlər
üçün ziyan idi. Baxmayaraq ki, VR cihaz konsol ilə birlikdə 179$ qiymətinə
satılırdı, o məşhur qazana bilmədi. 1 milyon satılması planlaşdırılan cihazdan
yalnız 770.000 cihaz satıldı. Uğursuz startdan sonra cihazın istehsalı
dayandırıldı.
Segway
SegwayHal-hazırda enerji ilə çalışan iki
təkərli nəqliyat vasitələri məşhurlaşır. Lakin bir çoxları bilmir ki, bu
bazarın təməlini "Segway” qoyub. 2001-ci ildə heç nəyə bənzəməyən elektrikli nəqliyyat
özü tarazlığın saxlanılmasını təmin edirdi. Lakin yeni nəsil iki təkərli nəqliyyat
vasitələrində tarazlığı qorumaq üçün bir müddət öyrəşməli olursan. Buna
baxmayaraq enerji tutumu 40 km yol qət etmək üçün bəs edirdi. Maksimal sürət isə
saatda 50 km idi. Bu cihazın yalnız bir mənfi cəhəti var idi. Onun qiyməti. İlk
Segway modeli 5000$ qiymətinə satılırdı. Çox az adam bu vəsaiti ödəməyə hazır
idi.
Nokia N-Gage
Nokia N-GageBir vaxtlar mobil telefon
bazarında lider şirkət olmuş "Nokia” texnologiya və dizayn baxımından bir sıra
təcrübələr aparırdı. Məhz bu xüsusiyyətə görə şirkəti çox sevirdilər. Məhz bu
cür təcrübələrin nəticəsində şirkət Nokia N-Gage telefonunu təqdim etmişdir. Bu
cihazda şirkət əlaqə vasitəsini və portativ konsolu bir arada toplamaq istəyirdi.
Lakin bu sadəcə sözdə əla səslənirdi. İşə gəldikdə isə cihaz hamının gözlədiyi
kimi alınmadı. Birincisi cihaz telefon kimi istifadə üçün çox böyük idi. Bu
baxımdan istifadəçilər rahatlıq hiss etmirdilər. Portativ oyun konsolu kimi isə
istifadədə daha da narahat idi. Məsələn bir oyunu işə salmaq üçün bəzi uzun
prosesləri yerinə yetirmək lazım idi. Belə ki, istifadəçi cihazı söndürməli,
batareyanı çıxartmalı, oyun olan kartrici müəyyən olunmuş yerə taxmalı və sonra
oyunu oynamalı idi. Buna baxmayaraq şirkət 3 milyon Nokia N-Gage cihazı sata
bilmişdi.
Microsoft Zune
Microsoft Zune2006-cı ildə "Microsoft” şirkəti həmin
vaxtda məşhur olmuş Apple iPod cihazına rəqib çıxartmağı qərara alaraq Zune adlı cihazı təqdim etdi. Zune-un ən vacib xüsusiyyəti sosial funksiyası idi.
Belə ki, istifadəçilər aldıqları musiqiləri dostları ilə paylaşa bilərdilər. 10 il bundan öncə bu cür fikir maraqlı idi. Lakin hər şey bir qədər qəliz oldu. Belə
ki, bir musiqini 3 gün ərzində yalnız 3 dəfə paylaşmaq mümkün idi. O da sadəcə
yaxınlıqda olan insanlarla. Həmçinin cihaz video oynatmaq baxımından bəzi
problemlər yaşayırdı. Sadə dildə desək Zune iPod-a rəqib cihaz ola bilmədi.
Twitter Peek
Twitter PeekTəsəvvür edə bilərsinimiz ki, hər
bir sosial şəbəkəyə giriş üçün ayrıca cihaz lazımdır? Yox? Lakin "Twitter” təsəvvür
edə bilirdi. 2009-cu ildə şirkət Twitter Peek adlı cihazı təqdim etdi. Həmin
cihaz vasitəsilə istifadəçi Twitter-dəki ana səhifəsindəki məlumatları oxuya
bilərdi. Cihaz yalnız bunun üçün nəzərdə tutulmuşdu. 199$ qiymətinə satılmış bu
cihaz vasitəsilə tweet-ləri oxumaq heç rahat deyildi. Cihazın ekranında sosial
şəbəkənin xəbər lentindəki 20 simvol uzunluğunda mesajlar əks olunurdu. Buna görə də
hər bir tweet-ə ayrı-ayrılıqda daxil olmaq lazım idi. Twitter Peek layihəsinin
uğursuzluğu hələ cihazın konsepsiya mərhələsində aydın idi. Beləliklə
satışlarda uğurun əldə olunacağı haqqında söhbət belə gedə bilməzdi.
Microsoft KIN
Microsoft KINVaxtı ikən şirkət gənclər üçün dəbli
smartfon yaratmaq fikrinə düşdü və 2010-cu ildə Microsoft KIN cihazını təqdim
etdi. Şirkət düşünürdü ki, gənclər cihazdan sosial şəbəkələr və messencerlər
üçün aktiv istifadə edəcəklər. Bu funksionallıq dalınca qaçan şirkət isə
standart mobil funskiyalarını unutmuşdu. Belə ki, Microsoft KIN çox ləng işləyirdi
və xəritə üzrə naviqasiya üçün nəzərdə tutulmuş ən sadə bir tətbiqə belə sahib
deyildi. Uğursuzluq göz qabağında idi. Microsoft KIN satışa çıxdığı vaxtdan 48
gün sonra satış rəflərindən yox oldu.
Google Glass
Google Glass"Google” şirkəti geyinilə bilən "ağıllı” cihazların yaradılması haqqında düşünənlərdən ilki idi. Artıq 2012-ci ildə Google Glass adlı fantastik layihə haqqında məlumatlar ortaya çıxmağa başladı. İstifadəçilərə söz verilmişdi ki, şirkət "ağıllı” eynəklər vasitəsilə insanların portativ kompüterlə əlaqə təsəvvürlərini tamamilə dəyişəcək. 2013-cü ildə developerlər cihazın demo versiyası olmuş Google Glass Explorer Edition-u əldə etdilər. 2014-cü ildə isə artıq istənilən şəxs 1500$ qiymətinə bu cihazı əldə edə bilərdi. Məhz həmin vaxtda alıcıların arzuları puç oldu. Məlum oldu ki, cihaz tam enerji ilə təmin olduğu halda belə az müddətdə çalışır. Funksiyalar minimum idi və onları gözlə idarə etmək heçdə asan deyildi. 2015-ci ilin Yanvar ayında isə şirkət Google Glass-ın istehsalını dayandırdı.
Paylaş
Bənzər xəbərlər