
İtirilmiş 1.3 milyard dollar: Whatsapp yaradıcılarının Facebook'dan getmələrinin səbəbi nə oldu?
Elm & Texnologiya
07.06.2018
Whatsapp messencerinin təsisçiləri
Jan Koum və Brian Acton Facebook şirkətindən gedərək ümumilikdə 1.3 milyard
dollarlıq mükafatdan məhrum oldular. Onlar bu ilin Noyabr ayına kimi şirkətdə
qalsaydllar həmin məbləği əldə edə biləcəkdilər. Bu barədə The Wall Street Journal saytı xəbər
verib. Söhbət onların Noyabrda bitəcək müqavilələrin qarşılığında veriləcək
səhmlərdən gedir. Brian Acton şirkətdən 2017-ci ilin Sentyabr ayında getdi və məlumata
əsasən 900 milyon dollar itirdi. Jan Koum isə şirkəti keçən ay tərk etdi və məlumata
əsasən 400 milyon dollar itirdi.
The Wall Street Journal saytının jurnalistləri
həmçinin messencer təsisçilərinin şirkətdən hansı səbəbə ayrıldıqlarını da öyrəniblər.
Belə ki, onlar ilə Facebook rəhbərliyi arasında messencerin gəlir strategiyası
və istifadəçi məlumatlarının istifadəsi mövzularında fikir ayrılıqları baş
verib. Qeyd etmək lazımdır ki, Brian Acton və Jan Koum həmişə reklamın qəti
düşmənləri olublar və onlar həmişə istifadəçi məlumatlarının toxunulmazlığını dəstəkləyiblər.
Facebook isə 2014-cü ildə messencerin alınması üçün xərclənmiş 22 milyard
dolların bəhrəsini görmək üçün messencerin istifadəçi kütləsi üzərindən gəlir əldə
etmək yollarını axtarırdı. 2004-cü ildə istifadəyə verildiyi vaxtdan bəri
sosial şəbəkə reklam targetinqi üçün istifadəçi məlumatlarından istifadə edir.
Hal hazırda isə Facebook əsas gəlirinin 90%-dən çoxunu məhz reklamlar sayəsində
əldə edir.
2014-cü ildə Facebook şirkətinin CEO-su Mark Zuckerberg messencerin
yaradıcılarına söz vermişdi ki, şirkət messencerə reklam yerləşdirməyi
planlaşdırmır. Bununla yanaşı messencerin yaradıcılarının müqavilələrində
xüsusi bir hissə var idi. Müqavilədəki həmin xüsusi hissədə deyilirdi ki, əgər
Facebook gəlir barəsində əlavə imkanların işə salınması barədə qəti fikrini
bildirsə Koum və Acton şirkətdən gedə və bununla yanaşı vaxtından əvvəl onlar
üçün nəzərdə tutulmuş Facebook səhmlərini əldə edə bilərlər. Brian Acton şirkətdən
çıxandan sonra bu hüququndan istifadə etmək istəyirdi. Lakin o öz fikrindən
daşındı. Belə ki, Facebook hüquqi təhqiqatlara start verəcəyini bildirmişdi.
2016-cı ildə messencerin aylıq istifadəçi kütləsi 1 milyardı keçəndən sonra
Facebook Whatsapp-ın gəlir gətirmə strategiyasına yenidən baxdı.
Nəticədə
Facebook strukturlarına təzyiq artırdı. Əsas da Whatsapp üzərinə. Belə ki,
Oculus VR, LiveRail və Parse kimi layihələr gəlir baxımından şirkətin ümidlərini
doğrultmamışdılar. Təzyiqlərə cavab kimi isə Koum və Acton Whatsapp vasitəsilə
gəlirin yüksəldilməsi üçün daha sadə üsullar təklif edirdilər. Məsələn
reklamverənlərin yalnız onların məhsullarını və ya xidmətlərini əldə etmiş
istifadəçilər ilə əlaqə yaradılması imkanını vermək. Lakin onların təklif
etdikləri heç bir üsul Facebook-un reklam modeli kimi effektiv deyildi. Şirkətin
əməliyyatlar üzrə direktoru Sheryl Sandberg messencerin təsisçilərinin bu cür təkliflərini
lazımi səviyyədə hesab etmirdi və o, messencerdə reklamın olmasını istəyirdi.
Facebook
menecmentini həmdə o fakt qıcıqlandırırdı ki, messencerin yaradıcıları Whatsapp-ın
sürətli şəkildə gəlirli olmasında yardımçı olacaq yeni funksiyaların əlavə
olunması barədə qərarlarını uzadırdılar. Koum və Acton messencerin ilkin sadəliyini
qoruyub saxlamaq istəyirdilər. Facebook ilə Whatsapp arasında digər fikir
ayrılıqları da olub. Keçən ilin Yanvar ayında messencerin 200 nəfərdən ibarət
komandası Mauntin-Vyudan Facebook-un Menlo-Parkdakı əsas ofisinə köçdü.
Messencerin bəzi komanda üzvlərini Facebook-un səs-küylü kampusu
qıcıqlandırırdı. Onlar hətta öz ofislərinə sakitçiliyin riayət olunmasına dair
mesajı əks etdirən lövhələr də yapışdırmışdılar: “Çox xahiş edirik, minimal səs
səviyyəsinə riayət edin”.
Bundan sonra Facebook əməkdaşları messencer barəsində
belə bir zarafat da fikirləşdilər: “Welcome to Whatsapp – Shut Up”. Bir sıra Facebook əməkdaşları Whatsapp
komandasının köçməsi ilə bağlı narazı idilər. Belə ki, Mauntin-Vyudan
köçürülmüş Whatsapp-ın ofis stolları onların xoşlarına gəlmirdi. Çünki həmin
stollar Facebook-un ofislərində yerləşən standart stollardan daha böyük idilər.
Bununla yanaşı Whatsapp-ın danışıq otaqlarından Facebook əməkdaşları istifadə
edə bilməzdilər. Həmin otaqlardan istifadə onlar üçün qadağan idi. Messencerin
yaradıcılarının şirkətdən getmələrindən sonra Whatsapp üzərində idarəetmə şirkətin
top-menecerlərindən biri olan Chris Daniels-ə keçdi. Məlumata əsasən o,
messencerin alınması üçün xərclənmiş yüksək qiymət göstəricisini təmin etmək baxımından yeni biznes model fikirləşməlidir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...