
Jaguar 2025-ci ilə kimi daxili yanacaq mühərrikli avtomobillərdən imtina edəcək
Elm & Texnologiya
17.02.2021
Emil
Britaniyanın avtomobil istehsalçısı olan Jaguar Land Rover şirkəti öz avtomobil modellərinin elektrikləşdirilməsi planlarından danışıb. Şirkət öz bəyanatında söz verib ki, 2025-ci ilə kimi daxili yanacaq mühərrikli Jaguar avtomobillərindən imtina edəcək. Bundan əlavə olaraq yaxın 5 il ərzində şirkət 6 ədəd elektrikləşdirilmiş Land Rover modelini təqdim edəcək. İlk elektrikləşdirilmiş Land Rover modelinin 2024-cü ildə satışa çıxarılması planlaşdırılır.
Əgər hər şey plan üzrə getsə, artıq 2030-cu ilə kimi Jaguar Land Rover-in bütün daxili yanacaq mühərrikli avtomobilləri bazardan itəcəklər. Hal hazırda Jaguar yalnız bir elektromobilə sahibdir. Söhbət, I-Pace adlı elektromobildən gedir. Sözügedən elektromobil 2018-ci ildə təqdim olunub. O, 90 kilovatt saat həcmində batareya və 400 at gücündə olan 2 elektromühərrik ilə təchiz olunub. Elektromobil saatda maksimal 200 km sürət yığa və 470 km yol qətt edə bilir. Saatda 100 km sürəti isə 4.8 saniyəyə yığır.

Paylaş
Bənzər xəbərlər