
Jaguar Land Rover zavodunda 3.5 milyon avro dəyərində oğurluq hadisəsi baş verib
Elm & Texnologiya
07.05.2017
Farid
Şəxsiyyətləri bilinməyən oğrular İngiltərədə yerləşən Jaguar Land Rover zavodundan oğurluq ediblər.
Belə ki, həmin oğrular zavoddan 3.5 milyon avro dəyərində yeni növ mühərriklər oğurlayıblar. Oğrular axşam
saatlarında öncədən oğurlanmış yük maşını ilə zavodun darvazalarına gəliblər.
Mühafizə xidməti onları zavod ərazisinə buraxıb. Belə ki, yük maşınının
sürücüsü bunun üçün lazımi sənədləri təqdim edib. Yük maşını ilə birlikdə
anbara daxil olmuş oğrular, ümumi qiyməti 1.5 milyon funt sterlinq olan
mühərriklərin yerləşdiyi konteyneri, yük maşınına birləşdirib zavoddan
çıxardıblar. Bu zaman da onlar mühafizə xidmətinə lazımi sənədləri təqdim ediblər.
Sonradan təhlükəsizlik kameraları vasitəsilə incələnmiş videolarda məlum olum
olub ki, yük maşınının zavoda daxil olub ordan çıxması arasındakı vaxt
intervalı cəmi 6 dəqiqə olub.
Görünür oğurluq hadisəsi öncədən
çox yaxşı şəkildə planlaşdırılmıdı. Lakin buna baxmayaraq görünür oğurlanmış
mühərriklər cinayətkarlara azlıq edib. Belə ki, bir neçə saatdan sonra onlar
yenidən həmin yük maşını ilə zavoda qayıdıblar və ümumi dəyəri 1.5 milyon funt
sterlinq olan daha bir mühərriklərdən ibarət konteyneri zavoddan çıxardıblar.
Ümumilikdə 3.5 milyon avroluq iki konteyner oğurluğu, səhər saatlarında aşkar
edilib. Polislər yük maşınını və boş olan iki konteyneri tapıblar. Lakin
oğurlanmış mühərriklərin harda yerləşməsi barədə heç bir məlumat yoxdur. Jaguar Land Rover isə öz
növbəsində polisə faydalı ola biləcək hər-hansı məlumat müqabilində mükafat
elan edib.
Paylaş
Bənzər xəbərlər