Logo
    main-post-cover

    Jailbreak-da son vəziyyət necədir? Əvvəlki iOS versiyalarına qayıtmaq mümkündür mü?

    Apple,bir neçə gün əvvəl iOS 9.3.4 versiyasını yayımladı. Yeni proqram təminatı, Apple-ın açıqlamasına görə əsasən təhlükəsizlik yenilənməsidir.

    Gələn son xəbərlərə görə 9.3.4-lə birlikdə "Jailbreak" üçün istifadə edilən boşluq da bağlanır. Əgər 9.3.4-ün performansından məmnun qalmasanız və jailbreak etmək istəsəniz, hələ də 9.3.3-ə geri qayıtmaq imkanınız davam edir. İmzalar hələ ki açıq vəziyyətdədir. Hal hazırda imzalar həm 9.3.2 həm də 9.3.3 üçün keçərlidir. Lakin Apple, iOS 9.3.2 üçün imzanı bağlayıb, iOS 9.3.3 üçün açıq saxlaya bilər. 9.3.2 bağlansa belə problem olmaz, Pangu jailbreak-ı 9.2-dən 9.3.3-ə qədər olan bütün versiyalarda işə yarayır.

    Pangu komandası Jailbreak vasitəsinin 1.1 versiyasını istifadəçilərilə paylaşdı.  
    Jailbreak etmək üçün mühüm olan 9.3.3 downgrade (versiya düşürtmək) imzasının qısa vaxt ərzində bağlanmamasıdır. Bununla birlikdə şirkətin imzalar barədə düşüncəsi bəlli deyil. Apple bəzən bir həftə bəzən iki həftə və ya daha çox vaxt ərzində imzaları açıq saxlaya bilir. 

    İmzaların vəziyyəti haqqında ən son məlumatları isə "IPSW.ME" saytından ala bilərsiz. iOS proqramçıları və hacker-ləri olan Callum JonesNeal tərəfindən idarə edilən sayt hardasa hər dəqiqə yenilənir.
    Paylaş
    Bənzər xəbərlər