
Jay Z-dən Kickstarter bənzəri layihə: Arrive
Elm & Texnologiya
07.05.2017
Farid
Texnologiya sahəsində etdiyi investisiyalar ilə fərqli bir şəkildə daha da məşhurlaşan Jay Z-nin son cəhdi Arrive-ın qapılarını açır. Arrive nə işə yarayacaq? Bütün detallar xəbərimizdə!
Jay Z, Arrive-in qapılarını
açır. Rep musiqisinin ən çox tanınan adlarından biri olan Jay Z, Roc Nation
adlı şirkətindən yayımladığı mətbuat məlumatı ilə Arrive-ın xidmətə başladığını
bildirdi.
Arrive nədir?
Arrive əslinə baxsanız Kickstarter-a olduqca bənzəyən
bir qurumdur. Lakin onu Kickstarter və
Indiegogo kimi qurumlardan ayıran ən əhəmiyyətli
nöqtə, markalaşma mövzusunda böyük bir dəstək təqdim edəcək olmasıdır. Yəni bir
məhsul hazırladığınızda yalnız satışıyla
ya da təqdimatı ilə məşğul olmaqla qalmayacaq, məhsulunuzu bir marka halına gətirmək
üçün səy sərf edəcək.
Əlavə olaraq, məsələn idmançılar və ya sənətçilərin də bir
marka halına gələ bilməsi üçün çalışacaq. Bənzər digər qurumlara baxdığımızda, istifadəçilər tərəfindən dəstək təmin edilən bütün layihələrin sürətli bir böyüməyə sahib
olduğu görülür.
Bunun üzərinə Roc Nation yeni Arrive-ın da markalaşma
mövzusunda verəcəyi dəstəyi əlavə etdikdə,
uğurlu olma potensialı yüksək olan layihələrin həyatımızda yer alan bir marka
halına çevrilmələri asanlaşacaq.
Paylaş
Bənzər xəbərlər