Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını istifadəyə verəcək (VİDEO)

Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını istifadəyə verəcək (VİDEO)

Texnologiya
26.10.2021 PAYLAŞIM

    Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti Orbital Reef adlı özəl orbital kosmik stansiyanın yaradılma planını elan edib. Şirkət özəl orbital kosmik stansiyanı növbəti onilliyin ortasında istifadəyə verməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, şirkət sözügedən kosmik stansiyanı müxtəlif tədqiqatlar, texnoloji və kommersiya məqsədli layihələr üçün icarəyə verməyi planlaşdırır. Bununla belə stansiya təkcə amerikalı deyil həmçinin beynəlxalq partnyorlar üçün icarəyə veriləcək. Orbital Reef adlı layihə üzərində Blue Origin digər aerokosmik şirkət olan Sierra Space ilə birlikdə çalışır. Sierra Space şirkətinin özü hal hazırda Dream Chaser adlı kosmik gəminin hazırlanması üzərində çalışır.


    Sözügedən kosmik gəminin BKS-ə (Beynəlxalq Kosmik Stansiya) müxtəlif yüklərin göndərilməsində istifadə ediləcəyi gözlənilir. Şirkət BKS-ə ilk uçuşu 2022-ci ildə reallaşdırmağı planlaşdırır. Blue Origin-nin sözlərinə əsasən özəl orbital kosmik stansiyanın yaradılmasında həmçinin Boeing, Redwire Space, Genesis Engineering Solutions şirkətləri ilə Arizona Dövlət Universiteti yardımçı olacaqlar. Orbital stansiyanın yaradılmasına xərclənəcək vəsait barəsində bir məlumat verilməyib. Gözləntilərə əsasən Orbital Reef adlı kosmik stansiyanın daxili həcmi BKS-in daxili həcmi ilə eyni olacaq. Stansiyanın daxilində 10 nəfər üçün nəzərdə tutulmuş çalışma və yaşama yerləri mövcud olacaq.

    Orbital stansiya bir neçə birləşmə şlüzləri və açıq arxitektura sistemi ilə təchiz olunacaq. Bunun sayəsində kosmik stansiyanı müxtəlif tapşırıqlar üçün istifadə etmək mümkün olacaq. Orbital Reef-in potensial müştəriləri arasında müxtəlif ölkələrin kosmik agentlikləri, kütləvi informasiya vasitələri, turistik şirkətləri, sahibkarları, investorları, texnoloji şirkətləri və s. olacaqlar. Blue Origin-n sözlərinə əsasən kosmik stansiya istənilən xidmət sahəsini təklif edə biləcək. Yüklərin daşınmasından tutmuş elmi və texnoloji tədqiqatların aparılması üçün nəzərdə tutulmuş yerlərin icarəsinə kimi. NASA agentliyi isə öz növbəsində bu cür layihələri dəyərləndirməyə hazırdır. Belə ki, agentlik hələ bu il “Commercial Low Earth Orbit Development” adlı proqramın yeni konsepsiyasını elan etmişdi.

    Bu proqram çərçivəsində agentlik özəl orbital kosmik stansiyaların yaradılması təkliflərini nəzərdən keçirdəcək. Təkliflərin nəzərdən keçirilməsi nəticəsində NASA 2-4 müqavilənin bağlayacağını planlaşdırır. Bu məqsədlər üçün 2022-ci ildən 2025-ci ilə kimi 400 milyon dollar vəsait ayrılacaq. Gözləntilərə əsasən 2026-cı ildə proqramın ikinci mərhələsinə start veriləcək. Bu mərhələyə kommersiya məqsədli stansiyaların sertifikatlaşdırılması daxil olacaq. Beləliklə gələcəkdə NASA astronavtları həmin stansiyalardan istifadə edə biləcəklər. Sözügedən layihə ilk növbədə ABŞ-ın artıq köhnəlmiş hesab edilən BKS-dən imtinası yolunda ilk addımdır. Qeyd etmək lazımdır ki, ABŞ hər il BKS-in dəstəyinə 3-4 milyard dollar vəsait ayırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×