
Kağızdan hazırlanan təyyarə layihəsi Kickstarter-də 1 milyon vəsait yığdı
Elm & Texnologiya
14.10.2017
Emil
Kickstarter platformasında PowerUp Dart adlı kağız təyyarə layihəsi 1.2 milyon dollar vəsait yığıb.
Layihənin yaradıcıları isə ilk öncə
insanlardan 25.000$ vəsait istəyirdilər. Sözügedən layihənin əsas ideyası smartfon
vasitəsilə kağız təyyarəni idarə etməkdir. Bu artıq 3-cü nəsil belə kağız təyyarələrdir.
Əvvəlki modellər də öz özəlliklərinə görə seçilirdilər. Dart, havada müxtəlif fəndləri
və hətta şaquli şəkildə uçmağı da bacarır. Bütün mümkün olan fəndlər, aşağıdakı
fotoda əks olunub.
Əvvəlki modellərdə də olduğu kimi PowerUp Dart, kağızdan
hazırlanır və ona balaca pər qoşulur. Kağızdan hazırlanmış təyyarə isə smartfon
vasitəsilə idarə olunur. İlk öncə siz onu adi kağız təyyarə kimi havaya
buraxırsınız və daha sonra müxtəlif fəndləri həyata keçirdirsiniz. Onu, səthi
düz olan yerə qoyduqda isə təyyarə özü uçmaq özəlliyinə sahibdir. PowerUp Dart-ın
satış qiyməti 37$ təşkil edir. Onu Kickstarter platformasında sifariş vermək
olar.
Paylaş
Bənzər xəbərlər