
Kaliforniyada, müəllimlərin olmadığı texnologiya universiteti fəaliyyətə başlayıb (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Yeni fəaliyyətə başlamış universitetdə tələbələr IT sahəsində təhsil alacaqlar.
Maraqlısı ondadır ki, təhsil müəllimlər
və ya professorlar tərəfindən deyil, tələbələrin bir-biriləri ilə qarşılıqlı əlaqələri
zamanı əldə olunacaq. Yəni Kaliforniyada fəaliyyətə başlamış universitetdə müəllimlər
tələbələri deyil, tələbələr bir-birilərini IT sahəsində təhsilləndirəcəklər. "Technote.az"ın "Mir24.tv"ə istinadən verdiyi xəbərə əsasən "42” adlandırılmış bu universitet öz
adını məşhur elmi-fantastik roman seriyası "The Hitchhiker’s Guide to the
Galaxy”dən götürülmüşdür. Roman seriyasındakı epizodlardan birində
kompüter həyatın əsas sualının cavabını hesablayaraq 42 cavabını əldə edir.
Yeni universitetdə minlərlə tələbə, müəllim və professorların köməkləri olmadan
kodlaşdırma və proqramlaşdırma sahələrində təhsil alacaqlar. Yəni, standart
mühazirələr olmayacaq. Tələbələr bir-biriləri ilə öz təcrübələrini bölüşə,
birlikdə layihələr qura və ümumi internet şəbəkəsində olaraq bir-birilərinin
işlərini yoxlaya biləcəklər. 2013-cü ildə Parisdə start almış bu layihənin oxşarı
artıq öz effektivliyini təsdiq edib. Belə ki, Parisdəki universitetdən olmuş məzunlar
hal-hazırda "IBM”, "Amazon” və "Tesla” kimi şirkətlərdə çalışmaqla yanaşı öz
şirkətlərini də qururlar. Kaliforniyada isə bu cür universitetin fəaliyyətə
başlaması üçün "Snapchat”, "Periscope” və "Facebook” kimi şirkətlərdən təsdiq əldə
olunub.
Paylaş
Bənzər xəbərlər