main-post-cover

    Kanada hökuməti ABŞ'ın tələbi ilə Huawei şirkətinin maliyyə direktorunu həbs edib

    Elm & Texnologiya
    06.12.2018
    Farid Pardashunas
        Huawei şirkətinin həmtəsisçisinin qızı Meng Wanzhou Kanadanın Vankuver şəhərində 1 dekabr tarixində həbs edilib. O, şirkətin maliyyə direktoru vəzifəsində çalışır. Kanadanın ədliyyə nazirliyinin verdiyi məlumata əsasən nəticə etibarilə Meng Wanzhou-nu ABŞ-a ekstradisiya edə bilərlər. Məlumata əsasən onun həbs olunmasının səbəbi Huawei ilə İran arasındakı ticarət əlaqələri ola bilər.
        Huawei şirkəti top menecerin həbsini təsdiqləsə də, bildirib ki, bu həbsin səbəbləri ilə bağlı şirkətə tam dəqiq məlumat verilməyib. Çinin Kanadada olan səfirliyi isə Meng Wanzhou-nun tez bir zamanda azadlığa buraxılmasını tələb edib. Məlumata əsasən şirkətin top menecerinin həbs olunmasının əsas səbəbi Huawei şirkətinin, ABŞ-ın İrana qarşı olan sanksiyaları pozması olub. Bu ilin aprel ayında Reuters saytı xəbər vermişdi ki, ABŞ hökuməti ABŞ-dan İrana məhsulların ticarəti məsələsi üzrə istintaqa başlayıb. Huawei şirkəti isə qanunların pozulması ittihamını təkzib edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər