main-post-cover

    Kanada hökuməti, İT mütəxəssislər üçün xüsusi şəraitlər yaradır

    Elm & Texnologiya
    15.06.2017
    Farid Pardashunas

    Kanada, İT mütəxəssisləri cəlb edərək ikinci Slikon Vadisi olmağa can atır.

    Amerika administrasiyasının antiimmiqrasiya siyasəti, ABŞ-ın böyük İT şirkətlərindən və bu sahədə olan digər mütəxəssisləri cəlb edən Kanadaya böyük üstünlüklər verir. Bu həftə Kanada hökuməti, yüksək səviyyəli mütəxəssislərin müəyyən müddətlik viza almaları və işə düzəlmələri prosesini sadələşdirmək üçün yeni qərar qəbul edib. İndi bu cür mütəxəssislər növbəti iki il ərzində bu prosedurların yerinə yetirilməsi üçün lazımi olan sənədləri 2 həftə ərzində ala biləcəklər. Əvvəllər isə bu proses 1 ilə kimi zaman alırdı. Bundan əlavə olaraq bu il Kanada hökuməti, Silikon Vadisinin mütəxəssisləri və sahibkarları üçün reklam kampaniyasını işə salacaq. Həmin reklam kampaniyası çərçivəsində həmin insanlara texnoloji biznesin məhz Kanadaya keçirilməsi üstünlüyü əks olunacaq. “Google”, “Facebook” və “Amazon” kimi ABŞ-ın böyük İT şirkətləri artıq Kanadada öz şöbələrinə sahibdirlər və süni zəka, avtonom sistem yaratmaq üzrə yüksək mütəxəssis hesab olunan kanadalı şəxsləri işə cəlb etməyə davam edirlər. Onu da qeyd etmək lazımdır ki, Kanada təkcə qanunvericilik sərhədlərini sadələşdirmir. Hökumət həmçinin digər üsullarla da İT mütəxəssislərə yardımçı olur. Məsələn, bu ilin Mart ayında Kanada hökuməti, süni zəka sahəsindəki layihələr və araşdırmalar üçün 125 milyon dollar vəsait ayırmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər