main-post-cover

    KFC özünün ilk smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    13.07.2017
    Emil Nəcəfov

    Məşhur fast food restoranlar şəbəkəsi KFC, Çində fəaliyyətinin 30 illiyi münasibətilə “Huawei” ilə birgə hazırladığı KFC Huawei 7 Plus smartfonunu təqdim edib.

    Smartfonun arxa panelində KFC-nin yaradıcısı David Sanders-in portreti və 1987-ci il (KFC-nin Çində fəaliyyətə başladığı il) əks olunub. Smartfonun interfeysi, KFC-nin simvolları dəbində hazırlanıb. Smartfonda həmçinin K-Music adlı tətbiq var. Həmin tətbiq vasitəsilə istifadəçi, Çində yerləşən KFC restoranlarında musiqiləri istədikləri kimi idarə edə bilərlər. Bundan əlavə olaraq KFC Huawei 7 Plus modelinin sahibləri üçün KFC restoranlarında xüsusi imkanlar olacaq. Çox güman ki, söhbət, xüsusi endirim və hədiyyələrdən gedir. KFC-nin smartfonu, 5000 ədədlik tirajla satışa çıxacaq. Onun qiyməti isə 167$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, KFC Huawei 7 Plus, yeni smartfon Huawei Enjoy 5-in bazasında hazırlanıb. Ona görə də onun texniki göstəriciləri və dizaynı eynidir. KFC Huawei 7 Plus, 5 inç IPS ekran, 4 nüvəli Snapdragon 425 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 3020 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub.
    Linki kopyala