main-post-cover

    Kia şirkəti Kia Soul EV adlı elektrokrossoveri təqdim etdi

    Elm & Texnologiya
    30.11.2018
    Farid Pardashunas
        Los Ancelesdə keçirilən avtomobil sərgisi zamanı Kia şirkəti özünün Kia Soul EV adlı elektrokrossoverini təqdim edib. Kia Soul EV 201 at gücündə elektrikli mühərrik və 64 kilovat saat batareya həcmi ilə təchiz olunub. Batareya həmçinin sürətli enerji yığma özəlliyini və maye soyuducu texnologiyasını dəstəkləyir. 4 çalışma rejimindən (Eco, Eco+, ComfortSport) birini seçməkdən asılı olaraq Kia Soul EV-in yol qətt etmə göstəriciləri fərqlənir.

        Şirkət bu barədə dəqiq bir rəqəm söyləməsə də elektromobil 400 km-dən az yol qətt etməyəcək. Bununla yanaşı Kia Soul EV bir sıra maraqlı və faydalı funksiyalara da sahibdir. Məsələn elektromobil sürücü üçün lazım olan məlumatları əks etdirən UVO sistemini, Android AutoApple CarPlay özəlliklərini dəstəkləyir. Beləliklə Kia Soul EV gələn ilin ilk yarım ilinin sonunda satışa çıxacaq. Şirkət hələki elektrokrossoverin qiymətini açıqlamayıb. Çox güman ki, onun qiyməti satışa çıxmasına az qalmış bəlli olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər