
Kibertəhlükəsizlik agentliyi yaradılacaq
Elm & Texnologiya
13.08.2018
Almaniya hökuməti İnnovasiyalar və Kibertəhlükəsizlik üzrə Agentlik adlandırılacaq yeni milli struktur yaradır.
Technote.az bildirir ki, yeni qurumun yaradılması üzərində ölkənin Müdafiə və Daxili İşlər nazirlikləri çalışır. İsrail və ABŞ təcrübəsinə əsaslanacaq agentliyin formalaşdırılması ilə bağlı son razılaşma avqustun 15-nə təyin olunub.
Agentliyin kibertexnologiyalar sahəsində məhsulların hazırlanması ilə məşğul olan şirkətlərin fəaliyyətini izləyəcəyi planlaşdırılır.
Almaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkə növbəti 2 ildə təhlükəsizliyin təmini üçün bu sahədə tədqiqatlara təxminən 50 milyon avro yatırmalıdır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...