Kiçik ada dövləti olan Barbados metakainatda rəqəmsal səfirliyini işə salacaq

Kiçik ada dövləti olan Barbados metakainatda rəqəmsal səfirliyini işə salacaq

Texnologiya
22.11.2021 PAYLAŞIM

    Məlum olub ki, Karib hövzəsində yerləşən Barbados adlı kiçik ada dövləti müasir texnologiyalara çox müsbət yanaşır. Belə ki, Barbadosun yerli hakimiyyəti öz səfirliyini rəqəmsal dünyaya köçürtmək üçün metakainat (metaverse) sahəsində çalışan müxtəlif şirkətlərlə əməkdaşlıq edir. Barbadosun Xarici İşlər Xarici Ticarət Nazirliyi artıq Decentraland adlı platformanın tərtibatçıları ilə razılıq əldə ədib. Decentraland desentrəlizə edilmiş virtual reallıq platformasıdır və bu platforma 90.601 ədəd virtual torpaq sahəsinə sahibdir. Desentrəlizə edilmiş platformada virtual daşınmaz əmlak NFT formatında reallaşdırılıb və onları Ethereum blockchain platforması əsasında yaradılmış MANA adlı kriptovalyuta vasitəsilə almaq olar.

    Beləliklə Barbados ilə bu platforma arasında əldə edilmiş razılığın şərtlərinə əsasən kiçik ada dövləti həmin platformada daimi rəqəmsal səfirliyini istifadəyə verəcək. Yaxın gələcəkdə Barbados həmçinin Somnium Space Super World kimi platformaların tərtibatçıları ilə də müqavilə bağlamağı planlaşdırır. Barbadosun yerli hakimiyyətinin planları arasında rəqəmsal dünyalardakı torpaq sahələrinin alınması üzrə müxtəlif layihələrin işə salınması, virtual səfirliklərin və konsulluqların arxitekturalarının yaradılması və elektron viza ilə teleport kimi xidmətlərin təqdim olunması var.


    Teleport xidməti öz növbəsində istifadəçilərə avatarları müxtəlif dünyalar arasında daşımağa imkan verəcək. Barbadosun rəqəmsal səfirliyi artıq yanvar ayında işə düşəcək. Beləliklə Barbados metakainat ərazisini suveren olaraq tanımış ilk dövlət olacaq. Diplomatlar qeyd ediblər ki, istifadəyə veriləcək rəqəmsal səfirlik beynəlxalq hüquq Vyana Konvensiyası normalarına uyğun olacaq. Barbados həmçinin metakainatlarda iddialı iqtisadi planlara da sahibdir. Qeyd etmək lazımdır ki, Barbadosda kriptovalyutalara qarşı çox loyal siyasət mövcuddur. Bu dövlətin mütəxəssisləri isə mərkəzi bankların rəqəmsal valyutalar üzrə layihələrinə rəhbərlik ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×