
Kickstarter-də artıq canlı yayım vasitəsilə dəstək toplaya biləcəksiniz
Elm & Texnologiya
07.05.2017
Farid
Maddi dəstək platforması olan Kickstarter bir çox ideyaların reallaşdırılmasına imkan vermiş və onları böyük layihələrə çevirmişdir.
Bunlara misal olaraq Oculus Rift virtual reallıq cihazını, Pebble "ağıllı” saatlarını, Nextbit Robin bulud
smartfonunu və s. gətrimək olar. Bu servisin yaradıcıları Kickstarter Live adlı
yeni funksiyanı anons ediblər. Bu funksiya vasitəsilə hansısa layihənin sahibi Kickstarter-də olan istifadəçilər və layihədə maraqlı olan hər bir kəslə canlı yayım
üzərindən ünsiyyət qura biləcək. Əvvəl istifadəçilər öz layihələri haqqında
qısa məlumatları öncədən şəkilmiş video, foto və ya animasiya şəklində servisə
yerləşdirirdilər. Kickstarter Live vasitəsilə istifadəçilər digərləri ilə
bilavasitə ünsiyyət qura biləcək. Beləliklə onlar öz layihələri haqqında daha ətraflı
məlumat verə, istifadəçilərin suallarına cavab verə biləcəklər. "Son bir neçə ayda bəzi
developerlər Kickstarter Live funksiyasını test ediblər. Onlar funksiyanı
kulinariya reseptlərinin təqdimatı, musiqi ifa etmək, oyunların test edilməsi
və s. üçün istifadə ediblər. Bu funksiya istifadəçiləri bir araya gətirərək
onlara yeni layihələr haqqında məlumat verir. Layihələr isə öz növbəsində daha
çox istifadəçi kütləsi yığırlar” – deyə Kickstarter rəsmiləri bildiriblər.
Paylaş
Bənzər xəbərlər