
Kiçik smartfonlar geri qayıdır. Bu dəfə Xiaomi tərəfindən
Elm & Texnologiya
07.05.2017
Farid
İnsanların mağazalarda yaxşı performanslı kiçik smartfonları
tapmaq çətinlikləri olduğu bir müddətdə Apple şirkəti iPhone SE modelini satışa
çıxartdı. Apple şirkətinin trend olduğunu nəzərə alan digər şirkətlər bu cür
yol ilə getməyi qərarlaşdırdılar. Şaiyələrə görə Samsung artıq öz kiçik
smartfonunu təqdim etməyə hazırlaşır. Növbədə Xiaomi şirkətidir. Bir çox məlumatlara
əsasən Xiaomi tərəfindən təqdim ediləcək yeni smartfon 1280x720 piksel keyfiyyətli
4.3 inç ekrana, Qualcomm Snapdragon 820 prosessoruna, 3 GB RAM-a, 32 GB daxili
yaddaşa, 13 MP-li arxa kameraya və 2350 mAh enerji tutumlu batareyaya sahib
olacaq. Bundan əlavə olaraq smartfon barmaq izi və tez enerji yığma funksiyası
ilə təchiz olunacaq. Onun qiyməti isə $270 civarında olacaq. Smartfon barəsində
başqa heç bir şey məlum deyil. Hətda bilinmir ki, o Çin bazarından başqa digər
bazarlardada satışa çıxacaq yoxsa yox. Lakin smartfonu almaq istəyən alıcı üçün
bu çox güman ki, problem olmayacaq. Nəzərə
alsaq ki, bir çoxları iPhone SE modelinə bənzər lakin Android platformalı
smartfon gözləyir, bu xəbər onların ürəklərincə olacaq.
Paylaş
Bənzər xəbərlər