main-post-cover

    Kim Çen In-ın hackerləri, kriptovalyuta oğurluğu ilə məşğul olurlar

    Elm & Texnologiya
    12.09.2017
    Farid Pardashunas

    Bitcoin və digər rəqəmsal valyutaların əldə olunması üçün Şimali Koreya hackerlərinin, kriptovalyuta birjalarına kiberhücum etdikləri güman edilir.

    Şimali Koreya isə öz növbəsində kriptovalyutalardan, beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə edir. Tədqiqatçıların məlumatlarına əsasən Kim Çen In rejimi altında fəaliyyət göstərən hackerlər, Cənubi Koreyanın kriptovalyuta birjalarına kiberhücumları intensivləşdirirlər. Güman olunur ki, kriptovalyutalar heç kim tərəfindən tənzimlənmədiyi üçün Kim Çen In, bu texnologiya ilə maraqlana bilər. Belə ki, tənzimlənmə olmadığı üçün onların istifadəsini gizli saxlamaq olar. Bu isə öz növbəsində gizli layihələrin maliyyələşdirmə və pul yuma prosesini sadələşdirir. Tədqiqatçıların fikrincə sanksiyaların sərtləşməsi və kriptovalyuta istifadəsinin daha geniş miqyasa sahib olduğu üçün Şimali Koreya, rəqəmsal valyuta oğurluğu prosesində daha maraqlı olacaq. 2017-ci il ərzində Koreya Xalq Demokratik Respublikası mütəxəssisləri, Cənubi Koreyanın birjalarına minimum 3 dəfə kiberhücum reallaşdırıblar. Onlardan biri hətta uğurlu şəkildə başa çatmışdır. Məlumata əsasən bu ilin May ayında Seulun Yapizon adlı birjası, kiberhücuma məruz qalmış və nəticədə 3.8 min bitcoin (həmin vaxtkı məzənnəyə görə 9 milyon dollar) oğurlanmışdı. Analitik Luke McNamara-nın fikrincə kriptovalyuta nə qədər məşhurdusa, hackerlərin, kriptovalyuta birjalarına kiberhücumları da bir o qədər asanlaşır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər