main-post-cover

    Kimyəvi maddələr virtual dünyanı fiziki səviyyədə hiss etməyə imkan verirlər (VİDEO)

    Elm & Texnologiya
    14.11.2021
    Farid Pardashunas
        VR (Virtual Reallıq) texnologiyası artıq heç kimi təəccübləndirmir. Lakin yalnız görmə və eşitmə duyğuları virtual mühiti tam hiss etmək üçün kifayət etmirlər. Alimlər tərəfindən yaradılmış yeni texnologiya isə virtual dünyada baş verənləri toxunma səviyyəsində hiss etməyə imkan verir. Yaradılmış yeni texnologiya insan dərisinə toxunan kimyəvi maddələrə əsaslanır. Çikaqo Universitetinin kompüter elmləri fakultəsinin insanın və kompüterin inteqrasiyası laboratoriyasının alimləri kimyəvi toxunma hissi məsələsində unikal üsul yaradıblar. Yaradılmış üsul vasitəsilə insan virtual dünyada baş verənləri fiziki səviyyədə hiss edə bilir. Yaradılmış üsulun çalışma prinsipi isə belədir:
        İlk növbədə istifadəçi xüsusi avtonom cihazı bədəninin istənilən yerinə taxmalıdır. İstifadəçi həmin cihazı əlinə, qoluna, ayağına və hətta üzünə taxa bilər. Əsas məqsəd cihazın insan dərisi ilə kontaktda olmasıdır. Cihaza isə öz növbəsində silikon materialdan hazırlanmış plasterlər inteqrasiya edilib və həmin plasterlər insan dərisinin səthinə 5 müxtəlif kimyəvi maddəni çatdırır. Dəri səthinə çatdırılan 5 müxtəlif kimyəvi maddə cihazın dəri ilə kontaktda olduğu nöqtədə 5 unikal fiziki hissi yaradır. Məsələn mentol dərinin soyuması hissini yaradır. Bu isə virtual dünyadakı soyuq havalı yerdə gəzintini imitasiya edə bilər.
        Adətən yeməklərin acılı olmalarında istifadə olunan kapsaisin adlı maddə dəri ilə qarşılıqlı əlaqədə olan zaman ilıq və ya isti alət ilə kontakt hissini yarada bilər. Lidokain dərinin sanki iynələnməsi hissini, qəhvəyi rəngdə olan elementlər isə dərinin yanması hissini yarada bilirlər. Kimyəvi maddələrin VR oyunlarla birləşmələri virtual dünyada müəyyən obyekt ilə qarşılıqlı əlaqə zamanı yaranan toxunma hissini təmin edirlər. Alimlər bildiriblər ki, sözügedən üsulda istifadə olunan kimyəvi maddələr təhlükəsizdirlər və insan səhhətinə heç bir zərər vurmurlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər