Kirin 980-dən daha güclü: Kirin 820 5G prosessoru Geekbench teslərindən keçdi

Kirin 980-dən daha güclü: Kirin 820 5G prosessoru Geekbench teslərindən keçdi

Texnologiya
23.03.2020 PAYLAŞIM

    Huawei şirkətinin orta seqment smartfonları üçün nəzərdə tutulmuş Kirin 820 5G prosessoru ilk Geekbench testlərindən keçib. Geekbench testlərindən məlum olub ki, Kirin 820 5G-nin performansı hətta orta seqment smartfonlar üçün olan performans göstəricilərini də üstələyir. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə məlumata əsasən Kirin 820 5G prosessoru Geekbench-in birnüvəli testində 3490 xal, çoxnüvəli testində isə 11.200 xal toplayb.

    Bu cür göstərici ilə o, Snapdragon 855 prosessoru ilə eyni səviyyədə olub və şirkətin keçən ilki Kirin 980 flaqman prosessorunu geridə qoyub. Qeyd etmək lazımdır ki, 7 nanometrlik texnololji proses əsasında hazırlanmpış Kirin 820 5G prosessoru Cortex-A76 nüvələrini və Mali-G77 qrafik sürətləndiricisini əldə edəcək.

    Bununla yanaşı yeni prosessor modeli əvvəlki modellərdən fərqli olaraq təkmilləşdirilmiş neyron hesablama blokunu və yenilənmiş təsvir emalı modulunu da əldə edəcək. Huawei şirkətinin sözlərinə əsasən bu yeni prosessorun qrafik performansı əvvəlki modellər iə müqayisədə 20-40% daha yüksək olacaq. Kirin 820 5G prosessorunu əldə edəcək ilk smartfon modeli isə Honor 30S olacaq. Smartfonun təqdimatı 30 mart tarixində baş tutacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


3 milyard dollar investisiya əldə etmiş OneWeb peyk operatoru iflas olduğunu ela..

Britaniyanın OneWeb peyk operatoru Nyu York məhkəməsinə öz iflası barəsində sorğu göndərib. ..


Redmi K30 Pro-nun birinci partiyası rekord müddətə satıldı

Bir neçə gün bundan öncə Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30 Pro flaqman smartf..


OnePlus şirkəti 2015-ci ildəki OnePlus X büdcəli smartfonun yeni versiyasını təq..

2015-ci ildə OnePlus şirkəti 5 düym ekrana və orta səviyyəli texniki özəlliklərə sahib OnePlus X adl..


Xiaomi Mi 10 Lite 5G smartfonu təqdim olundu - QİYMƏTİ

Mi 10 smartfon seriyasının qlobal təqdimatı zamanı Xiaomi şirkəti heç gözlənilmədən Mi 10 Lite 5G sm..


Galaxy S20 seriyası keçən ilki Galaxy S10 seriyasından daha az satılır

Samsung şirkəti Galaxy S20 flaqman smartfon seriyasını fevral ayında təqdim etmişdi. İndi isə intern..


Redmi Note 9 5G smartfonu bazardakı 5G dəstəkli ən ucuz smartfon modeli olacaq..

Bir neçə gün bundan öncə təqdim olunmuş Redmi K30 Pro smartfonu Snapdragon 865 prosessoruna sahib ən..