Logo
    main-post-cover

    Klaviaturada yazmağa son! Dilmanc İmla tətbiqi nitqinizi mətnə çevirir.

    Dilmanc layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi’nin dəstəyi ilə yerli mütəxəssislər tərəfindən hazırlanan və pulsuz istifadəyə verilən sistemlər toplusudur. Bu gün sizlərə "Dilmanc imla” tətbiqi haqqında məlumat verəcəyik. Eyni zamanda bu tətbiqin funksionallığı ilə sizləri yaxından tanış edəcəyik.
     
    "Dilmanc İmla” tətbiqinin əsas məqsədi səsləndirdiyiniz nitqi mətnə çevirməkdir. Bu funksional tətbiqin istifadə qaydası çox rahat və asandır. Hər hansı mətni yazmaq üçün saatlar sərf etməyə artıq ehtiyyac yoxdur. Mobil telefonunuzdan istifadə etməklə imla deyin və "dilmanc imla” tətbiqi sizin nitqinizi komputerinizdə yazılı formada əks etdirsin. Azərbaycan dilində olan nitqləri dəqiq formada yazıya çevirməyi bacaran bu tətbiq sizin işinizi asanlaşdırmaqda ən yaxın köməkçiniz ola bilər. Bundan əlavə tətbiq təmamilə pulsuzdur. Tətbiqin istifadə qaydaları aşağıdakı kimidir:

    1."Dilmanc İmla” tətbiqini komputerinizə yükləyin: http://dilmanc.az/az/dilmanc_imla_nitqin_taninmasi. Yüklədiyiniz tətbiqi işə salın.


    2. Android və IOS platformalarında olan mobil telefonunuza "dilmanc imla” tətbiqini yazın. Aşağıdakı keçidlərdən ƏS uyğun tətbiqi yükləyə bilərsiniz.


    3. Komputerinizdə olan "dilmac imla” tətbiqində göstərilən birləşmə kodunu mobil telefonunuzda tətbiqin uyğun xanasına daxil edin.
    4. Kodu daxil etdikdən sonra proqram avtomatik olaraq aktivləşir. Telefonunuzun ekranına toxunaraq danışın və nitqiniz mətn formasında komputerin ekranında yazılsın. Bu əməliyyatı həyata keçirən zaman komputerinizdə hər hansı mətn redaktoru proqramını açın, səsləndirdiyiniz nitq həmin redaktorda görünsün.

     
     
    Sözü gedən tətbiq aşağıdakı hallarda sizə kömək ola bilər:
    -Microsoft Word və digər bu kimi tətbiqlərdə rahat mətn tərtib etmək üçün.
    -Facebook və digər sosial şəbəkələrdə məlumat paylaşımı etmək üçün.
    -Mail və digər məktublarınıza klaviaturadan istifadə etmədən cavab yazmaq üçün.

    Tətbiqdən istifadə zamanı telefon və komputer internetə bağlı olmalıdır.
    Bundan əlavə Tətbiqin nitqi daha dolğun ayırd edə bilməsi üçün telefonun mikrofon olan hissəsini ağzınıza yaxın tutun.
    Əlavə olaraq Dilmac layihəsinin digər məhsulları ilə maraqlanmaq üçün http://dilmanc.az saytını ziyarət etmək faydalı olardı.­­­­

     

    Paylaş
    Bənzər xəbərlər