
Köhnə iPhone-lar eBay-da sərvət dəyərində satışa çıxarılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Apple-ın 2007-ci ildə ilk satışa çıxardığı iPhone modellərini açılmamış qutusunda saxlayanlar indi onu eBay-da astronomik qiymətə satır.
9 yanvar 2017-cı ildə Steve Jobs tərəfindən
satışa çıxarılan ilk iPhone nümunələri indiyədək çox böyük həvəslə bir çox
istifadəçilər tərəfindən istifadə olunur. Həmin illərdə satışa çıxan 4GB və 8GB
olaraq satışa çıxarılan iPhone modelləri həmin dövrdə 499 və 599 dollar olmaqla
satışa çıxarılmışdı.
Gələn il 10 ilini qeyd edəcək iPhone modelləri
indi bir çox insan üçün qazanc rolu oynamağa başlayıb. Çünki ilk iPhone-u
qutusunda saxlayan bir çox insan, eBay üzərindən telefonlarını astronomik qiymətə
satışa çıxarıb.
Bir çox insanlar müxtəlif əşyalardan ibarət
kolleksiyaya xüsusi önəm verirlər. Hətta bunun üçün sərvət dəyərində qiymətlər
ödəməyə hazır olan insanlar da mövcuddur. Hal-hazırda eBay-da original
iPhone-un ilkin nümunələrinin qiyməti 22.000 dollar təşkil edir. Bu
telefonların bir çoxu qutusundan çıxarılmamış modellərdir. Amma buna baxmayaraq
onlar içində original ikinci əl iPhone-lar da olduqca yüksək qiymətdən satışa
çıxarılır.
Paylaş
Bənzər xəbərlər