main-post-cover

    Köhnə iPhone modellərinin süni şəkildə zəiflədilməsinə görə 'Apple'dan 125 milyon dollar təzminat tələb olunub

    Elm & Texnologiya
    26.12.2017
    Farid Pardashunas
    Köhnə iPhone cihazlarının süni şəkildə şirkət tərəfindən zəiflədilməsi əhvalatından sonra “Apple”a qarşı məhkəmə iddiaları qaldırılmağa başlandı.
    Bu məhkəmə iddiaları arasında böyüyü, kiçiyi və hətta ciddi olmayanları da var idi. Lakin ən böyük məhkəmə iddiası məhz İsraildən gəldi. Bu, “Apple”a qarşı ilk kollektiv şəkildə məhkəmə iddiasıdır. Belə ki, şirkətdən 125 milyon dollar təzminat tələb olunub. İsraildə olan “Apple” pərəstişkarlarının fikrincə şirkət adi proqram təminatı yenilənməsinin alınmış smartfonlara təsir etməsi barədə məlumatı gizlədərək müştərilər qarşısında olan öhdəliklərə tüpürüb.
    Məhkəmə iddiasını qaldırmış şəxslərin fikrincə “Apple”ın məqsədi heç də istifadəçiləri düşünmək deyil. Şirkətin əsas məqsədi istifadəçilərin daha çox iPhone cihazlarını almalarıdır. Qeyd etmək lazımdır ki, litium-ion batareyaları müəyyən vaxtdan sonra öz enerji həcmlərini itirirlər. Buna görə də smartfonlarda ani olaraq sönmə və donma halları müşahidə olunur.
    Buna görə də keçən il “Apple” şirkəti iOS 12.2.1 sistem yenilənməsində iPhone 6 cihazlarında enerjinin pik səviyyədə sərf olunmasının qarşısını almaq üçün prosessorun gücünü zəiflətməyi tətbiq etmişdi. Bu funksiya demək olar ki, ideal çalışırdı və prosessorun gücünün zəifləməsini yalnız testlər sayəsində müşahidə etmək olardı. Yəni onu adi göz ilə görmək mümkün deyil. Lakin əsas məsələ ondan ibarətdir ki, bu məlumatı “Apple” bir neçə müddət bundan öncəyə kimi gizlədirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər