main-post-cover

    Köhnə kompüterlərdə Chrome brauzerinin dəstəyi dayandırılacaq

    Elm & Texnologiya
    09.02.2021
    Farid Pardashunas
        Yaxın zamanda Google şirkəti Chrome brauzerinin stabil 89-cu versiyasını istifadəyə verəcək. Məlum olub ki, bir sıra personal kompüter istifadəçiləri bu yeni Chrome versiyasını əldə etməyəcəklər. Belə ki, tərtibatçılar köhnə prosessorların dəstəklərini dayandırırlar. Chromium dokumentasiyasında aşkar edilmiş məlumata əsasən 89-cu versiyadan başlayaraq Chrome brauzeri SSE3 (Supplemental Streaming SIMD Extensions 3) əmrlər sistemi ilə uyğunlaşmayan x86 prosessorlarının dəstəyini dayandıracaq.
        Söhbət, əsasən Atom Celeron M kimi 2005-ci ilə və Intel Core 2 Duo-ya qədər istehsal olunmuş prosessorlardan gedir. Chrome-un 87-ci versiyasından başlayaraq köhnə kompüterlərin istifadəçiləri öz cihazlarında Chrome dəstəyinin dayandırıldığı ilə bağlı bildirişi əldə edəcəklər. Beləliklə köhnə kompüterlərin istifadəçiləri Chrome və Chromium əsasında çalışan Microsoft Edge kimi brauzelərin yenilənmələrini əldə etməyəcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər