
Kompüterinizin RAM-ını 1000 dəfə sürətləndirəcək üsul
Elm & Texnologiya
07.05.2017
Farid
Terahertz radiasiyası vasitəsi ilə RAM sürətini 1000 dəfə artırmaq mümkündür. Bəs, radiasiya vasitəsilə ram sürətini artırmaq nə qədər təhlükəsizdir?
Kompüterlərinizdəki yaddaş sürətini ən çox neçə MHz-ə
qaldıra bilərsiniz? 2 qatına? 10 qatına? 1000 qatına? T-ray şüaları vasitəsilə
yaddaş sürətini 1000 qatına qaldırmaq olacaq.
"Technote.az”ın "Nature” jurnalına istinadən verdiyi xəbərə
əsasən, Avropalı və Rusiyalı elm adamları RAM sürətini artırmaq üçün Terahertz
radiasiya şüaları ilə tədqiqatlar aparırlar. RAM-ların maqnit sahələrini T-ray
şüaları ilə dəyişdirərək sürətləri 1000 dəfə artırıla bilir.
Terahertz radiasiyaları gündəlik həyatımızda bir çox sahədə
istifadə edilir. Hava limanlarında yükləri yoxlamaq, xarab olmuş mikroçiplərdə
problemləri öyrənmək, keçmiş əşyaların yaşını təyin etmək kimi istifadə sahələri
də var.
Yenə də bu texnologiyanı daha uzun bir müddət boyunca
kompüterlərinizdə görə bilməyəcəksiniz. Bəli, Terahertz radiasiyasının təsiri,
RAM-larda olan maqnit sahəsindən çox daha sürətli və effektivdir amma alimlər
radiasiyanın uzun bir müddət boyunca kompüterlərin daxilində gəzinməsinin nə
kimi nəticələrə yol açacağını hələ ki təyin edə bilməyiblər.
Paylaş
Bənzər xəbərlər