main-post-cover

    Koreyadan olan mənbələr Apple şirkətinin elektromobili barəsində yeni məlumatlar təqdim ediblər

    Elm & Texnologiya
    04.02.2021
    Farid Pardashunas
        Apple şirkətinin ilk avtomobili barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə yeni məlumatları Koreyadan olan mənbələr təqdim ediblər. Beləliklə verilmiş yeni məlumata əsasən Apple şirkəti Kia Motors ilə əməkdaşlıq edəcək və avtomobil istehsalı məsələsini ona ötürəcək. Gözləntilərə əsasən Apple elektromobili Kia Motors-un ABŞ-dakı zavodunda istehsal olunacaq. Apple ilk il ərzində 100.000 ədəd elektromobil istehsal etməyi planlaşdırır.
        Bundan əlavə olaraq əməkdaşlıq çərçivəsində Apple şirkəti Kia Motors-a 3.6 milyard dollar investisiya yatıracaq. Bu məsələ ilə bağlı əməkdalıq müqaviləsi artıq 17 fevral tarixində bağlana bilər. Lakin bu tarix dəqiq bir tarix deyil. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple elektromobil istehsalı məsələsində Hyundai ilə əməkdaşlıq edəcək. Qeyd etmək lazımdır ki, Kia Motors məhz Hyundai şirkətinin tərkibinə daxildir.
        Bununla yanaşı elektromobilin bəzi hissələrini Hyundai Mobis şirkəti istehsal edəcək. Apple şirkətinin ilk elektromobilinin E-GMP platforması əsasında istehsal olunacağı gözlənilir. Analitikin sözlərinə əsasən yeni platforma sayəsində Apple elektromobili 100 km sürəti 3.5 saniyəyə yığa biləcək. Bundan əlavə olaraq elektromobil 500 km-dən çox yol qətt edə biləcək və sürətli şarj texnologiyasını əldə edəcək. Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple elektromobili 2025-ci ildə satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər