main-post-cover

    Koronavirus pandemiyası 61 il bundan öncə yaradılmış proqramlaşdırma dilinə tələbatı artırıb

    Elm & Texnologiya
    11.04.2020
    Farid Pardashunas
        Koronavirus pandemiyası səbəbilə ABŞ-da artıq bir çox müəssisələr bağlanıb. Buna görə də işsizlərin sayı günü-gündən artmaqda davam edir. Təkcə Nyu Cersi ştatında müavinət almaq üçün 320.000 insan sorğu göndərib. Ştat təmsilçiləri proqramçı qıtlığı yaşadıqlarını qeyd ediblər və 60-cı illərin proqramlaşdırma dili olan COBOL-u bilən şəxsləri ştata yardım etməyə çağırıblar. Bu barədə 4pda saytı xəbər verib. COBOL proqramlaşdırma dili 1959-cu ildə yaradılıb. O, biznes tətbiqlərin yaradılması üçün nəzərdə tutulduğundan 2000-ci illərin əvvəllərinə kimi aktual qalmışdı.
        Lakin artıq çoxdandır ki, COBOL-u müasir proqramlaşdırma dilləri əvəz edilrlər. Buna baxmayaraq bugünə kimə COBOL dilində yazılmış proqram təminatları var və onlar mütəmadi dəstəyə ehtiyac duyurlar. Universitetlər çoxdan bəri COBOL-u öz təhsil proqramlarından çıxardıblar. Buna görə də bu proqramlaşdırma dilini bilən 50 yaşından aşağı şəxsi tapmaq çox qəliz məsələdir. Lakin hal hazırda ABŞ-da bu proqramlaşdırma dilini bilən şəxslərə kəskin tələbat artıb. Onlar şəhər infrastrukturunun yüklənmədən azad olunmasında yardımçı olmalıdırlar.
        Nyu Cersi meri qeyd edib ki, işsizlik səbəbilə müavinət almaq istəyən şəxslərin göndərdikləri sorğular hələ heç emal olunmayıb. Günü-gündən isə bu cür sorğuların sayı artır. Səbəb isə çox sadədir. Bu prosesin reallaşdırılması üçün COBOL dilində yazılmış köhnəlmiş proqram təminatından istifadə edilir. Bu səbəbdən də sözügedən proqramlaşdırma dilini bilən şəxslərə kəskin tələbat artıb. Mütəxəssislər güman edirlər ki, COBOL-dan istifadə öz növbəsində dövlət sistemlərinin hackerlər tərəfindən hack edilməsi riskini artırır. Görünür, hal hazırki vəziyyətdə Nyu Cersinin sadəcə olaraq seçimi və aktual olan proqram təminatına keçidi imkanı yoxdur.. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər