Logo
    Korporativ messencer Slack 15.7 milyard dollar bazar dəyəri ilə birjaya çıxmağa hazırlaşır

    Korporativ messencer Slack 15.7 milyard dollar bazar dəyəri ilə birjaya çıxmağa hazırlaşır

      Korporativ messencer olan Slack 15.7 milyard dollar bazar dəyərləndirməsi ilə Nyu York fond birjasına çıxmağa hazırlaşır. Bu barədə The Wall Street Journal saytına istinadən Vc.ru saytı xəbər verib. Şirkətin bazar dəyəri onun bir səhminin təqribən 26$ qiymətində satılacağı üzrə qiymətləndirilib. Məlumata əsasən isə Slack bir səhmi bu qiymətdən daha yuxarı qiymətə satacaq. Standart IPO-nun yerinə Slack messenceri birbaşa listinq keçirdəcək.
      Şirkət hal hazırda varolan səhmlərini institusional investorların iştirakı ilə keçirilən ön hərracları keçirtmədən birjaya yerləşdirəcək. Səhmlərin qiymətləri isə tələb-təklif əsasında formalaşacaq. Nyu York birjası səhmin təqribi qiymətini özəl bazarda səhm müqavilələrinin analizi və konsultantlarla danışıqlardan sonra təqdim edir. Bir sıra bankirlərin sözlərinə əsasən daha aşağı qiymətin öz üstünlükləri var. Belə ki, bu öz növbəsində səhmlərin yüksəlməsinə yardımçı ola bilər və investorlara əminlik verə bilər.
      Məlumata əsasən keçən ay özəl bazarda Slack-ın bir səhmi 26.83$ qiymətində satılırdı. Son həftələrdə isə Slack-ın bir səhminin qiyməti 31.5$ təşkil edir. Bu isə 2018-ci ildə investorların bir dəyərli kağıza görə ödədikləri vəsaitdən 2 dəfə çoxdur. Qeyd etmək lazımdır ki, keçən il Slack-ın bazar dəyəri 7.1 milyard dollar təşkil edirdi.
      The Wall Street Journal saytının sorğusunda iştirak etmiş bankirlər ilə investorların fikirlərinə əsasən əgər Slack mühüm qiymət dəyişiklikləri olmadan və problem yaşamadan bazara çıxsa bir çox digər şirkətlər də onun yolu ilə gedəcəklər. Məsələn məşhur Airbnb servisi artıq 2020-ci ildə birbaşa listinqin keçirilməsi üzrə konsultasiya əldə edib. Lakin servis hələ bu mövzuda yekun bir qərara gəlməyib. Qeyd etmək lazımdır ki, Slack IPO yerinə birbaşa listinqi seçmiş ilk texnoloji şirkət deyil. Msələn keçən il Spotify musiqi servisi də birbaş listinq keçirtmişdi.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Korporativ messencer Slack 15.7 milyard dollar bazar dəyəri ilə birjaya çıxmağa hazırlaşır