Kosmik səyahətlər üçün yaşayış kapsulu təqdim edilib

Kosmik səyahətlər üçün yaşayış kapsulu təqdim edilib

Texnologiya
21.08.2018 PAYLAŞIM

ABŞ-ın Lockheed Martin hərbi sənaye korporasiyası kosmik ekspedisiyalar üçün yaşayış kapsulu prototipini təqdim edib.

Technote.az bildirir ki, “Lockheed Martin” kosmosda yaşayış şəraitinin yaradılması üçün ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən maliyyələşdirilən 6 şirkətdən biri olub.

Texnologiyanın əsası üçün mühəndislər tərəfindən əvvəllər Beynəlxalq Kosmik Stansiyaya yüklərin daşınması üçün nəzərdə tutulan kosmik gəminin yenilənmiş modulu götürülüb. Eni 4,5 metr, uzunluğu 7 metr təşkil edən kapsulda 30-60 gün ərzində 4 astronavt qala biləcək. Həmçinin daxildə elmi avadanlıq, həyat təminatı sistemləri, yatmaq üçün yerlər, trenajorlar və robotlaşdırılmış iş qurğuları quraşdırılıb.

Tədqiqatçılar qrupu kapsulların daxili quruluşunu vizuallaşdırmağa kömək edən və planlaşdırma səhvlərini ilkin mərhələdə aşkarlayaraq aradan qaldırmağa imkan verən əlavə reallıq qarniturlarından istifadə edib. Kapsulun hazır versiyası 2019-cu ildə Lunar orbital platforma şlüzunun işə salınması zamanı sınaqdan keçiriləcək.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung Galaxy A51 və Galaxy A71 smartfonları təqdim olundular

Samsung şirkəti Galaxy A50-nin davamçıcı olan Galaxy A51-i və Galaxy A71 smartfon modellərini təqdim..


Google Chrome oğurlanmış istifadəçi şifrələri barəsində məlumat verə biləcək..

Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib və həmin versiya məlumat sızıntıları ..


Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdı..

Android əməliyyat sisteminin mütəmadi yenilənmələri smartfonun təhlükəsizliyini yaxşılaşdırır və bir..


Xiaomi Mi Mix 4-ün ilk Geekbench test nəticələri ortaya çıxdı

Xiaomi şirkəti artıq təsdiqləyib ki, o, yeni Mi Mix smartfon modeli üzərində çalışır.


Xiaomi şirkəti daha bir qatlana bilən smartfon patentini əldə etdi

Xiaomi şirkəti özünün qatlana bilən smartfon prototipini hələ ilin əvvəlində sərgiləmişdi. ..


108 Mp-lik kamera əjdahası Mi Note 10 qlobalda rəsmi olaraq satışa çıxır

İstifadə etdiyi kameralar ilə gündəm olan Mi Note 10 modeli Xiaomi tərəfindən qlobal satış üçün hazı..