
Kosmosa göndərilmiş Tesla Roadster Günəş ətrafı ilk dövriyyəsini reallaşdırdı
Elm & Texnologiya
19.08.2019
Emil
Elon Musk-ın maraqlı və təəccübləndirici layihələrindən biri də daxilində Starman manekeninin yerləşdirildiyi Tesla Riadster elektromobilinin kosmosa göndərilməsi olub. Qeyd etmək lazımdır ki, 2018-ci ilin fevral ayında Falcon Heavy ağır raketinin test uçuşu zamanı sözügedən elektromobil kosmosa göndərilmişdi. Beləliklə elektromobil günəş ətrafında ilk dövriyyəsini reallaşdırıb. Bu barədə Engadget saytı xəbər verib.
Öz səyahətinin startı müddətindən bəri Tesla Roadster 1.2 milyard kilometrdən çox yol qətt edib. Hal hazırda onu teleskop vasitəsilə izləmək qeyri mümkündür. Çünki elektromobil günəşin digər tərəfində yerləşir. O, Yer kürəsinin nisbətən yaxın məsafəsinə (51.52.000 kilometr) yalnız 5 noyabr 2020-ci il tarixində yaxınlaşacq.
7 oktyabr tarixində elektromobil Mars planetinin yaxınlığında olacaq (7.360.000 kilometr). Elektromobilin Yer kürəsinə növbəti yaxınlaşması isə 2047-ci ildən tez olmayacaq. Elektromobilin harda yerləşdiyini rəsmi sayt vasitəsilə izləmək olar. Həmin saytda elektromobilin koordintları və sürəti real zaman ərzində yenilənir.
Paylaş
Bənzər xəbərlər